Sülh müqaviləsindən sonra Paşinyanı faciəvi aqibət gözləyir - HƏRBİ EKSPERT AÇIQLADI

“Ermənistanda baş verən daxili ictimai-siyasi qarşıdurmaların səbəbi hakimiyyət uğrunda mübarizədir. Bu birmənalıdır” Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Həsənli bildirib.

Onun sözlərinə görə, hazırkı məqamda yaranmış vəziyyət isə son nöqtədə hakimiyyəti ələ keçirmək olsa da yenidən Qarabağ kartından istifadə edərək Ermənistanda uzun illər hakimiyyətdə qalan bu şəxslər öz mövqelərini gücləndirməyə çalışırlar: “Yəni daxili çaxnaşmaların, ictimai-siyasi gərginliyin əsil səbəbi qeyd etdiyim kimi bu vəziyyətdir. Yaxın günlərdə problem bir az da dərinləşəcək. Sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanda vəziyyətin daha da gərginləşməsi gözlənilir. Orada baş verən qarşıdurmaların, çaxnaşmaların sayı bir az da artacaq. Təbii ki, bu məsələdə həm xarici qüvvələr, həm də Ermənistanın daxilində Ermənistan hakimiyyətini dəstəkləyən qüvvələr bu məsələlərdə Nikol Paşinyan hakimiyyətinə dəstək olmalıdırlar. Yoxsa sülh müqaviləsindən sonra Nikol Paşinyanı faciəvi aqibət gözləyir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə