Ermənistan hələ də müstəqil siyasət aparmağa qadir olmadığını göstərməkdədir - POLİTOLOQ ŞƏRH ETDİ

“Beynəlxalq hüquqda, qarant bir dövlətin iştirakı ilə digər iki dövlətin imzalamış olduğu memorandum artıq imzaladığı gündən beynəlxalq hüquqi sənəd hesab olunur”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, ötən 18 ay ərzində özünün şimaldakı və qərbdəki havadarlarına arxayınlaşaraq, monoetnik və marionet dövlət kimi Ermənistan hələ də müstəqil siyasət aparmağa qadir olmadığını göstərməkdədir: “İkili yanaşmalar və təzadlı bəyanatlarla anlaşmanın müddəalarını yerinə yetirməyi uzadan Ermənistan hakimiyyəti, əslində forpostu olduğu "böyük qardaş"ının çətirindən çıxmaq səriştəsində deyil.

Azərbaycanın israrlı təkidi ilə Trans-Cənubi Qafqaz kommunikasiya xətlərindən və regional iqtisadi layihələrdən kənarda qalan Ermənistan, özünün onsuz da tənəzzülə uğrayan iqtisadiyyatının çökməsinin son akkordlarını yaşamaqdadır. İstənilən halda Azərbaycan alternativ Zəngəzur dəhlizi və Laçın şəhərindən yan keçəcək Gorus-Xankəndi dəhlizi layihələrinin inşasına başlamaqdadır. İrəvanda nəşr olunan "Hraparak" və "Fakt" qəzetlərinin də yazdıqları kimi, Zəngəzurun bir neçə sərhədyanı kəndi artıq Ermənistsnın idarəçiliyindən çıxmaqdadır. Çünki, həmin kəndlərin yerləşdiyi coğrafiya, sovet dönəminin xəritələrinin də təsdiq etdiyi kimi, Azərbaycanın suveren əraziləridir.

Yəni, istər hüquqi yolla, istər dəmir yumruqla Azərbaycan öz haqq etdiklərinə sahib olacaqdır. Düşünürəm ki, ikinci yola əl atmağı bu yumruğun zərbəsində hələ də özünə gəlməyən Ermənistan heç istəməz.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...