Azərbaycan bütün dünya ölkələri ilə əməkdaşlığı genişləndirmək istəyir - ŞƏRH EDİLDİ

“Bütün dünya xalqları ilə sülh və əminamanlıq şəraitində yaşamaq, əməkdaşlıq etmək BMT nizamnaməsinin tələbidir. Bu tələb eyni zamanda beynəlxalq hüququn prinsiplərinin kökündə dayanan amillərdən biri kimi bizim konstitusiyamızın preambulasında da əksini tapıb və Azərbaycan da təbii ki, bütün dünya xalqları ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Litva Prezidentinin səfərini ilk növbədə bu prizmadan qiymətləndiriıli və səfəri şərh etməzdən öncə Litvanın tutduğu qlobal yeri və mövqeni düzgün anlamaq lazımdır: “Litva keçmiş Sovet Respublikası olsa da bu gün Avropada ən perspektivli ölkələrdən, o cümlədən, coğrafi və geosiyası mövqeyinə görə Avropa İttifaqının yeni parlayan ulduzlarından biridir. Avropa İttifaqı - Azərbaycan münasibətlərinin kontekstinə baxanda da təbii ki, Litvanın bizim xarici siyasətimizdə Avropa İttifaqı ilə Azərbaycan arasında yüksələn xətt üzrə inkişaf edən əməkdaşlıq çərçivəsində həm də keçmiş müttəfiq Sovet Respublikalarından biri kimi əhəmiyyətli mövqeyi var”.

Deputat sözlərinə belə davam edib: “Təbii ki, 3 gün öncəki səfər zamanı görüşlərin məzmununa, imzalanan sənədlərə və müzakirələrə baxsaq eyni hədəfləri görmək çətin deyil. Burda söhbət nədən gedir? Söhbət ilk növbədə siyası əməkdaşlıqdan gedir. Hansı ki Beynəlxalq platformalarda Azərbaycan üçün hər bir dövlətin səsi, siyası mövqeyi çox vacibdir və Litvanı mövqeyi də açığı bu günə qədər bizi qane edir. Eyni zamanda, Litva Prezidenti yalnız öz ölkəsinin rəhbəri kimi yox, həm də Avropa İttifaqının liderlərindən biridir. Bu mənada Azərbaycan Prezidenti Litvalı həmkarı ilə görüşə həm də yeni bir platforma kimi yanaşaraq dövlətimizin mövqeyini, bölgədə sülh və əminamanlıq perspektivləri ilə bağlı mövcud situasiyanı bir daha Avropa İttifaqı məkanına çatdırmış oldu. Digər tərəfdən, məlumdur ki, Litva, ümumiyyətlə Baltikyani dövlətlər keçmiş SSRİ ölkələri arasında bu gün kifayət qədər inkişaf tempi qazanmış ölkələrdir. Xüsusən, informasiya texnologiyaları sahəsində böyük nəaliyyətlər əldə etməkdə olan ölkə kimi Litva ilə əməldaşləq böyük iqtisadi perspektivlər vəd edə bilər. Müsbət haldər ki. Litva bu əməkdaşlıqda kifayət qədər maraqlıdır. Digər tərəfdən, Litvanın Azərbaycana xüsusi marağı həm də onu göstərir ki, Avropa İttifaqı siyasi məkanı Azərbaycanda gedən inkişaf proseslərindən razıdır və Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Post münaqişə dövründə investisiyaların cəlbi bizim əsas hədəflətdən biri olduğu üçün uzunmüddətli perspektivdə Avropa məkanının vacib bir parçası kimi Litva ilə əməkdaşlıq, Azərbaycanla bağlı müsbət iqtisadi-siyasi abhavanın formalaşması Azərbaycanın investisiyaya üçün təhlükəsiz və cəzbedici bir region olmasını göstərmək baxımından mühüm əhəmiyyətə malikdir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə