"Məlumdur ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması və ratifikasiyasının baş tutmaması Ermənistan Konstitusiyası ilə bağlıdır. Daha dəqiq desək, Ermənistan Konstitusiyasında Azərbaycan qarşı ərazi iddialarının olması, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını və təsdiqini mümkünsüz edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, 8 avqust Vaşinqton görüşündə sülh sazişinin paraflanması ilə yanaşı, imzalanan üçtərəfli bəyanatda da yekun sülh sazişinin imzalanması üçün əlavə tədbirlərin görülməsinin zəruriliyi xüsusi olaraq qeyd edilib: "Bu o deməkdir ki, həm ABŞ, həm də Ermənistan özü Konstitusiya dəyişikliyinin vacibliyini başa düşür və qəbul edir. İstər Paşinyanın, istər Ermənistan Baş nazir Aparatının rəhbərinin son açıqlamalarına fikir versək, görərik ki, onlar Müstəqillik Bəyannaməsinin Ermənistanın maraqlarına cavab vermədiyini açıq şəkildə ifadə edirlər. Çünki həmin bəyannamə özündə “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsini ehtiva edir. Ermənistan Konstitusiyası isə bu bəyannaməyə istinad edərək Azərbaycan qarşı ərazi iddialarını özündə saxlayır. Odur ki, sülh üçün ən böyük maneənin Ermənistan Konstitusiyası olduğunu deyə bilərik. Bundan əlavə, Ermənistanda mövcud olan revanşist düşüncə tərzi də proseslərə təsir göstərməkdədir. Uzun illər ərzində uşaq bağçasından və məktəbdən başlayaraq Azərbaycana qarşı nifrət hissi ilə formalaşan nəsildə revanşist meyllər hələ də qalır. Düzdür, keçən dövr ərzində revanşistlərin mövqelərində müəyyən zəifləmə müşahidə olunur, lakin bu, həmin mövqenin tam olaraq yox olması demək deyil.
Sonda isə Ermənistanda keçirilməsi gözlənilən seçkilər məsələsi dayanır. Məsələ bundadır ki, rəsmi İrəvan Konstitusiya dəyişikliyinin, Zəngəzur dəhlizinin açılmasının, sərhədlərin delimitasiya və demarkasiya prosesinin sürətləndirilməsinin vacibliyini dərk etsə də, seçki öncəsi bu addımların cəmiyyətin müəyyən qismi tərəfindən ciddi narazılıqla qarşılanacağından ehtiyat edir. Buna görə də sadalanan fəaliyyətlərin seçkilərdən sonraya saxlanılması üstün tutulur. Amma bütün hallarda sülh sazişinin bağlanması Ermənistanın özü üçün də həyati əhəmiyyət daşıyır. Odur ki, seçkilərdən sonra həm Konstitusiya dəyişikliyi, həm də götürülən digər öhdəliklərin icrası ilə bağlı konkret addımların atılması zəruridir".
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB