Azərbaycan və Türkiyə hər zaman eyni mövqedən çıxış ediblər - DEPUTAT DANIŞDI

“Tarix boyu Azərbaycan və Türkiyə hər zaman həm çətin, həm də şad günlərdə biri-birinin yanında olub. 1918-ci ildə Bakının daşnaq-bolşevik işğalından azad edilməsində türk generalları və əsgərləri böyük şücaət göstəriblər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, Böyük Çanaqqala savaşında minlərlə azərbaycanlı türk əsgərləri ilə vuruşaraq, şəhid olublar: “Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Türkiyə və Azərbaycan dostluğu və qardaşlığı yeni mərhələyə qədəm qoydu. Azərbaycan torpaqlarını işğalda qaldığı müddətdə hər zaman Türkiyə öz dəstəyini göstərdi. Ermənistanın işğalçı bir dövlət olduğunu bəyan etdi. Bütün əhəmiyyətli tədbirlərdə Azərbaycan və Türkiyə hər zaman eyni mövqedən çıxış ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Recceb Tayyib Ərdoğan bütün dünyaya bəyan etdilər ki, hər iki dövlət dost və qardaş dövlətlərdir. Bir neçə il bundan əvvəl Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirdə bəzi qüvvələr Türkiyənin əleyhinə fikirlər səsləndirmək istəmişdilər. Bu halda Prezident cənab İlham Əliyev bu halın baş verməsinə imkan verməmişdi. Bildirmişdi ki, Türkiyə Prezidenti burada yoxdur, lakin mən varam.

Bu artıq bütün dünyaya Azərbaycan və Türkiyə dostluğunun hansı səviyyədə olmasının bir daha sübutu idi.

2020-ci il Vətən müharibəsində də bütün dünya Türkiyənin Azərbayacana verdiyi siyasi və mənəvi dəstəyin şahidi oldu. Türkiyə dövləti digər ölkələrin və millətlərin bu müharibəyə müdaxiləsinə imkan vermədi. Son dövrlər Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Recceb Tayyib Ərdoğan tez-tez qarşılıqlı şəkildə rəsmi səfərlər edir. Hər iki dövlət başçısı dövlətlərinin ictimai-siyasi, sosial həyatında baş verən önəmli hadisələrdə biri-birinin yanında olurlar.
Bir neçə gün bundan əvvəl də Prezident cənab İlham Əliyev Türkiyədə hava limanının açılışında iştirak etdi. Buradan dünyaya Azərbaycan və Türkiyənin dost və qardaş ölkə olduğunu bəyan etdi.
Bir neçə gün bundan sonra da Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan Azərbaycana sədər edəcək. “Texnofest” festivalı çərçivəsində Bakıda bu festivalda iştirak etməsi gözlənilir.
Cənab Ərdoğanın səfər zamanı edəcəyi açıqlamalarda da dünya birliyi bir daha bu iki ölkənin bir millət, iki dövlət olduqlarının şahidi olacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...