Erməni bloger alternativ Laçın yolunda nədən təəccübləndi? REPORTAJ+FOTOLAR

"Azərbaycanlı fəhlə və ermənilərdən axşamlar bir-birinə qonaq gedənlər də var..."

Əvvəlki yazını aşağıdakı linkdən və ya “Səs” qəzetinin 19 may tarixli buraxılışından izləyə bilərsiniz:

https://sia.az/az/news/politics/955259.html

“Kavkazskiy uzel” saytı ilə əməkdaşlıq edən erməni jurnalist-bloger David Simonyan Laçın-Xanlkəndi yolunun üzərində çəkilən yeni alternativ yol haqqında reportaj hazırlayıb. Simonyan öz çəkilişində qeyd edib ki, Azərbaycanın rəsmi qurumlarının da təsdiqlədiyi kimi, 10 noyabr 2020-ci il razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizinə alternativ olaraq yeni hərəkət marşrutunun inşasına artıq başlanılıb. Alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq...

SİA həmin reportajın ardını təqdim edir:

Əvvəlcədən qeyd edək ki, Simonyanın reportajındakı “artsax” ifadəsi Qarabağ, “Mets Şen” “Böyük Qaladərəsi”, “Hin Şen” isə "Kiçik Qaladərəsi” toponimi ilə əvəzlənib.

Blogerin yazdığına görə, Kiçik Qaladərəsi kəndinin girişi "qardaşlıq məzarlığın"dan, Rusiya blokpostunun yanından başlayır, yan tərəfdə isə bulaq var. O, maşınlarını saxladıqları zaman azərbaycanlıların olduğu digər avtomobilin yaxınlaşdığını qeyd edib və bildirib ki, onlar bulaqdan şüşə qablara su götürürdülər.

Onlara yaxınlaşıb salam verdim və soruşdum:

-Rus dilində danışan varmı?

Azərbaycanlılardan biri könülsüz cavab salamı verdi. Onlardan soruşdum:

-Ermənilərlə probleminiz varmı?

Dedi:

Yox, salamlaşırıq - vəssəlam.

Simonyan davam edir: “Yeni yolun xəritəsini göstərməsini xahiş etdim, cavab verdi ki, onda yoxdur...Bir Rusiya əsgəri yaxınlaşdı və bloger olduğumu biləndən sonra onu videoya çəkməməyimi xahiş etdi... Sonra kəndə düşdük. Həmin vaxt işıq, qaz yox idi. Elektrik dirəyin üzərində işləyirdi, işıq xəttini birləşdirirdi. Amma qazla bağlı nə baş verdiyini və niyə olmadığını başa düşmədik. Yaxınlıqda ekskavatorlar guruldayırdı. Onlar yalnız kəndin yanında deyil, yaxınlıqda da işlər aparır. Bundan sonra yolların hissələri birləşdiriləcək...”

“...Bununla belə, axşamlar bir-birinə qonaq gedənlər də var”

Erməni bloger daha sonra əlavə edir: “Məni bulaqdan aydın şəkildə görünən ermənicə yazısı olan və 1941-1945-ci illərin yadda qalan tarixi olan daş maraqlandırırdı. Məlum oldu ki, yolu genişləndirəndə yenidən hara qoyacaqlarına qərar verənə qədər onu götürüb bura köçürüblər...

Kəndlilərdən azərbaycanlılarla münasibətlərinin necə olduqlarını soruşdum. Cavabında indiyə qədər hər şeyin qaydasında olduğunu deyirlər, amma bildirirlər ki, əksəriyyəti onlarla aqressiv davranır.

Hamısı yox, çoxu... Bununla belə, axşamlar bir-birinə qonaq gedənlər də var. Əsas odur ki, heç bir qarşlıqlı hücum hadisəsi baş verməyib...

Bəs yeni yol, onun kəndlilərə xeyri varmı? Deyirlər ki, müharibədən sonra onsuz da azalmış otlaqların 30-40 faizi yolun altına düşüb - azərbaycanlı inşaatçılar- kimindir, yaxud icarədədir- soruşmurlar. Amma sakinlər yaxınlıqdakı yeni yolun da faydalı olacağı ilə razılaşırlar... Arada bir-birə etibarsızlıq var və bu başa düşüləndir. Sabah nə olacağını heç kim bilmir, yalnız hər şeyin qaydasında olduğuna inandıran Rusiya sülhməramlısı nikbinlik yayırdı: "Amma başqa cür ola bilməz".

“Geri qayıdanda azərbaycanlıların ekskavatorlar kolonuna rast gəldik, iş günü isə artıq bitmişd, bir-birinə yol verərərək dar dağ yolunda sürürdülər”

Erməni blogeri Simonyan yazır: “Geri qayıdanda azərbaycanlıların ekskavator kolonuna rast gəldik, iş günü isə artıq bitmişd, bir-birinə yol verərərək dar dağ yolunda sürürdülər. Böyük Qaladərəsi kəndində Suren dayı ilə söhbət etdim. Onun tezliklə 90 yaşı tamam olacaq. Çox maraqlı şeylər danışdı... Çoxuşaqlı bir ailə üçün ev tikildiyini gördüm...”

Beləliklə, erməni blogerin reportajından nəticə çıxarmaq olar ki, artıq Qarabağda azərbaycanlılar və ermənilər arasında qeyri-iradi ünsiyyətlər yaranmaqdadır. Hətta belə desəl, xaricdən, yən Rusiya və ya Qərbdən müxtəlif güclər müdaxilə etməsələr bəlkə də yaxın gələcəkdə iki millətin nümayəndələri yanaşı yaşamağın yolunu taparlar. Daha dəqiq desək, Azərbaycan ərazisində yaşayan ermənilər ya sakitcə vətəndaşlığı, qanunlarımızı qəbul etməklə bütün revanşist, irqçi duyğuları unudub Qarabağda dinc yaşamaqda davam etməlidirlər, ya da səs-küy salmadan Ermənistana köçməlidirlər. Əks halda bu qarşıdurma sonsuza qədər davam edə bilər. Azərbaycan Ermənistana son xəbərdarlıqlarını edib və İrəvan üzərinə düşdüyü bütün öhdəliklərinə əməl etməlidirlər.

Laçın dəhlizinə ermənilərin məskunlaşdığı kəndlərdən keçən alternativ yolu tikən azərbaycanlı yolçəkənlər - mühəndis və fəhlələr isə əsl qəhrəmanlıq göstərirlər. Eyni zamanda, bu yerlərdə Azərbaycanın şanlı Ordusu da diqqətini daim ən yüksək səviyyədə saxlayır və hər an baş verə biləcək təxribatı anındaca məhv etmək gücündədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə