Geosiyasi və qlobal məsələlərin müzakirə edilməsi gözlənilir - DEPUTAT ŞƏRH ETDİ

"Bildiyimiz kimi ölkəmizdə “Teknofest” festivalı keçiriləcək. Bu festival çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə səfər edəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar iskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olması və mütəmadi olaraq ölkə rəhbərlərinin qarşılıqlı olaraq səfər etmələri Azərbaycan ilə Türkiyə arasındakı qardaşlığa, dostluğa və müttəfiqliyə söykənir: "Rəcəb Tayyib Ərdoğanın festivalda iştirak etməsi, Prezident İlham Əliyevlə görüşü, geosiyasi və qlobal məsələlərin müzakirə edilməsi gözlənilir.

Müzakirə zamanı bölgədə baş verən hadisələrin analiz və təhlil edilməsi qlobal məsələlərdə Azərbaycan və Türkiyənin birgə hərəkəti müzakirə olunacaq. Hesab edirəm ki, görüşdə bir sıra bəyanatlar veriləcək.

Düşünürəm ki, həm Azərbaycan Prezidentinin Türkiyəyə səfəri, həm Türkiyə Prezidentinin Azərbaycana səfəri tarixi hadisədir. Hər səfərlərdə maraqlı məsələlərə toxunulur. Hər iki ölkənin bütün sahələrdəki qarşılıqlı əlaqələrini daha da geniş sürətdə inkişaf etdirməsi, bölgədə dayanıqlı sülhün əldə edilməsi üçün Azərbaycan və Türkiyənin birgə səyi iki qardaş ölkənin bu ənənəyə sadiq olduqlarına işarədir. Bu, hər iki qardaş ölkənin eyni dilə, dinə, tarixi köklərə malik olduğunu və bu ənənələri daha da inkişaf etdirmək üçün əllərindən gələni etdiklərinin bir göstəricisidir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...