Azərbaycan hərbçiləri Türkiyədəki təlimlərdə

Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində verilən məlumat “#TekMilletİkiDevlet” həştəqi ilə paylaşılıb
Azərbaycan hərbçiləri Türkiyədəki təlimlərdə

Azərbaycan hərbçiləri Türkiyədə təlimlərdə iştirak edirlər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Bildirilib ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbçilərinin qardaş Türkiyənin Qars rayonunda bayraq təhvil-təslim mərasimi keçirilib. Mərasim “Heydər Əliyev-2022 faktiki atış birgə quru təlimləri” çərçivəsində baş tutub.

Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi tviter səhifəsində verilən məlumat “#TekMilletİkiDevlet” həştəqi ilə paylaşılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə