Qarabağ və Şuşa bütövlükdə yeni bir inkişaf mərhələsinə daxil olub - DEPUTAT DANIŞDI
“Mayın 10-da cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşaya səfər etməsi böyük əhəmiyyətə malikdir. Artıq cənab Prezident 9-cu dəfədir Şuşaya səfər edir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, biz hər dəfə cənab Prezidentin Şuşaya səfəri zamanı yeni binaların, strukturun açılıdığının şahidi oluruq: “Bu isə bütövlükdə onu söyləməyə zəmin yaradır ki, Qarabağ və Şuşa bütövlükdə yeni bir inkişaf mərhələsinə daxil olub. Bu baxımdan da hesab edirəm ki, bu səfərin çox böyük əhəmiyyəti var.
Bildiyimiz kimi bu gün də Şuşada artıq “Xarıbülbül” festivalı keçirilir. Bu festivalın keçirilməsinin əsas hədəf və məqsədi Azərbaycan həqiqətlərinin təbliğidir. Bu gün növbəti dəfə bütün dünyanın diqqəti Qarabağa bizim Şuşamıza yönəlib. Bu da onu göstərir ki cənab Prezidentin güclü iradəsi ümumi Azərbaycan üçün ciddi töhvələr verir. Burada ayrı-ayrı bölgələrdən də musiqiçilər, mədəniyyət xadimləri və rəqs ansamblları iştirak edir. Hesab edirəm ki, bu festival hazırki vəziyyətdə bizim mövqeyimizin daha da güclənməsinə öz müsbət və ciddi töhvəsini verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB