Hazırda ən qızğın döyüşlər Ukraynanın cənubunda gedir - POLİTOLOQ ŞƏRH ETDİ
“Rusiya-Ukrayan müharibəsi artıq 2 aydan çoxdur ki, davam edir. Müharibənin bu müddətdə davam etməsini heç bir siyasi ekspert və hərbi analitik proqnozlaşdırmırdı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, heç Rusiyanın özünün planlarına daxil olmayan bu məsələlər get-gedə siyasi müşahidəçilərin də diqqətini cəlb edir: “Eyni zamanda hazırda çox önəmli qərarlar qəbul edilir. ABŞ, Böyük Britaniya, Qərb kualisiyası Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyini davam etdirir, humanitar sahədə müəyyən tədbirlər görülür. Eyni zamanda Ukrayna tərəfinin həm də mənəvi, psixoloji üstünlüyü var. Çünki Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyalar, məhdudiyyətlər Rusiyanın iqtisadi sahədə geriləməsinə hesablanıb. Qərb tərəfi elə düşünür ki, məhz iqtisadi sahədə həyata keçirilən tədbirlər, Rusiya neftindən və qazından imtina Rusiyanın hərbi sahədə məğlubiyyətini yaxınlaşdıracaqdır. Ukrayna bununla da öz ərazi bütövlüyünü bərpa edəcək, Rusiyaya qlobal miqyasda zərbə vurulacaqdır. Eyni zamanda Rusiyanın həm də siyasi nüfuzu da müharibə ilə yavaş-yavaş aşağı düşür. Qərbi analitiklərin proqnozlarına görə, 9 mayda hərbi parad heçnə ilə yadda qalmadı. İrəli sürülən hədəflər heç bir nəticə vermədi.
Eyni zamanda G7 sammiti Rusiya neftindən və qazından mərhələli şəkildə imtina olunması ilə bağlı verilən qərar, iqtisadi sahədə Rusiyaya vurulan zərbə mahiyyətini daşıyır. Belə demək mümkündürsə, hər bir sahədə Rusiyaya qarşı təhdidlər mümkündür. Eyni zamanda düşünürəm ki, müharibə tez bir zamanda yekunlaşmayacaq. Hazırda ən qızğın döyüşlər Ukraynanın cənubunda baş tutur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB