YAP Mərkəzi Aparatında Əməkdaşlıq Memorandumu imzalanıb - YENİLƏNİR-FOTOLAR

YAP Mərkəzi Aparatında Əməkdaşlıq Memorandumu imzalanıb - YENİLƏNİR-FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında Yeni Azərbaycan Partiyası ilə Makedoniya Türk Demokratik Partiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb. SİA xəbər verir ki, Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov və Makedoniya Türk Demokratik Partiyasının sədri, Şimali Makedoniya Məclisinin üzvü cənab Dr. Beycan İlyas memorandumu imzalayıblar.

Daha sonra Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqovla Şimali Makedoniya Məclisinin üzvü cənab Beycan İlyas iki dövlət arasında olan münasibətlərdən söhbət açaraq, memorandumun mahiyyəti barədə danışıblar.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə