"Ulu Öndər barədə nə qədər xoş söz desək də azdır" - SABİQ NAZİR DANIŞDI
“Ulu Öndər Heydər Əliyevlə bağlı bu günə qədər çox sözlər deyilib. Lakin mənə elə gəlir ki, həmin dahi şəxsiyyət barədə nə qədər xoş söz deyilsə də, azdır”. Bu sözləri SİA-ya açıqlamasına Azərbaycanın sabiq Təhsil naziri Misir Mərdənov bildirib.
Onun sözlərinə görə, çünki Azərbayanın müstəqil dövlət kimi formalaşması və qurulması bir başa Ulu öndərin adı ilə bağlıdır: “Mən hələ sovet dövründən Ümummili liderimiz barədə məlumatlıydım. Biz Bakı Dövlət Universitetinin tələbəsi olduğumuz zaman yəni 1969-cu ilin yayında Heydər Əliyev Aəzrbaycana rəhbər təyin olundu. Həmin dövrlərdə baş verən hadisələr indiyənə qədər mənim gözümün qabağındadır. İstər sovet dövründə, istərsə də, müstəqillik dövründə Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Bu xidmətlər deməklə bitirmək olmaz. Mən bir təshil işçisi olaraq Heydər Əliyevin təhsil sahəsində fəaliyyəti barədə danışmaq istərdim. 1970-1980-ci illərdə Heydər Əliyevin Azərbaycana hakimiyyətə gəlişindən sonra Azərbaycan təhsil, elm, mədəniyyət sahəsindəki inkişaf diqqət mərkəzində idi. Heydər Əliyev məhz müdrik siyasətinin nəticəsində həmin illərdə 15 minə yaxın Azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu məktəblərində təhsil alaraq ölkəmizə qayıdıb öz tövhələrini vermişlər. Mən xatırlayıram ki, hər il 400-500 nəfər Azərabycanlı gənc məhz Heydər Əliyevin rəhbərliyi və təkidi ilə keçmiş SSRİ-nin ali hərbi məktəblərinə göndərilirdi. Heydər Əliyevin birbaşa iştirakı ilə Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. O zamanlar heç bir respublikada belə bir lisey yox idi. Heydər Əliyev onu hərbi təmayüli lisey kimi yaratdı və sonra Azərbaycanın hərbi kadrları orada yetişməyə başladı. Bu günləri də Azərbaycanın müstəqiliyi uğrunda həmin gənclər öz tövhələrini verirlər. Ümjumilikdə müstəqilik ərəfəsində Azərbaycanın çox pis durumda olduğu bir dövrdə Heydər Əliyev bu dövləti və milləti həmin vəziyyətdən çıxartdı. Ulu öndərin ölkəmizə gəlişi ilə hər kəsi öz yerində oturdu və Azərbaycanda siyasi, iqtisadi stabiliyi bərpa edərək bütün istiqamətlərdə ciddi işlər gördü. Daha sonra “Əsrin müqaviləsi”-ni imzalamaqla böyük Azərbaycan dövlətinin müstəqiliyini bərpa etdi. Həmin dövrdə bu müqavilə imzalanmasa idi bizim müstəqiliyimiz şübhə altında qalardı. Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə vediyi ən böyük tövhə İlham Əliyev kimi bir şəxsin bizə bağışlamasıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB