“Hakimiyyət dəyişikliyi baş versə belə, Paşinyanın imzaladığı üçtərəfli bəyanatlar qüvvədədir” AÇIQLAMA

“Hakimiyyət dəyişikliyi baş versə belə, Paşinyanın imzaladığı üçtərəfli bəyanatlar qüvvədədir” AÇIQLAMA

“Ermənistanda neçə gündür ki, Paşinyana qarşı aksiyalar davam edir. Aksiyalara keçmiş prezidentlərin nümayəndələri və radikal müxalifət qatılır. Məqsədləri isə Paşinyanın hakimiyyətini devirmək və özlərinin yenidən hakimiyyətini qurmaqdır. Hesab edirəm ki, Paşinyanı hakimiyyətdən devirmək heç də asan məsələ deyil”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Paşinyan kapitulyasiya sənədinə imza atandan sonra Ermənistan xalqı Paşinyana yenidən etimad göstərdi: “İndi keçirilən aksiyalara heç də təşkilatçıların istədikləri qədər insan qoşulmur. Bu, o deməkdir ki, erməni xalqı heç də bu gün aksiya keçirənlərə dəstək vermir. Bununla yanaşı, Paşinyanın hakimiyyətdən devrilməsi ssenarisi baş tutarsa, Ermənistanın üçtərəfli bəyanatların icrası ilə bağlı sonrakı mövqeyinin necə olacağı ilə bağlı sual meydana gəlir. Bu sualın cavabı birmənalı olaraq belədir ki, Azərbaycanın rəşadətli ordusu Ermənistanın ordusunu məhv etmişdir və hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq bu gün ermənilər müharibə aparmaq gücündə deyillər. Həm də hakimiyyət dəyişikliyi baş versə belə, Paşinyanın imzaladığı üçtərəfli bəyanatlar qüvvədədir və Azərbaycan bu bəyanatların icrasını tələb edəcəkdir. Əks halda Azərbaycan imzalanmış razılaşmalardan çıxdığını bəyan edər və qısa bir zamanda hərbi əməliyyat aparmaqla öz ərazisini separatçılardan təmizləyərək sərhədlərimizi möhkəmlədəcəyik. Ondan sonra Ermənistan əbədi blokadaya düşmüş olar və bir ölkə kimi öz-özünə məhv olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə