“Azərbaycan dövlətinin inkişafına, stabilliyinə və beynəlxalq aləmdə artan nüfuzuna və bu günə qədər əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan xarici qüvvələr var. Müxalifət liderlərinin özlərinə sərf edəndə və xarici qüvvələrin tapşırığı olanda onlar hansısa bir məsələ ilə bağlı bir araya gəlirlər”. “Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu dəfə də müxalifətə növbəti bir tapşırıq gəlib ki, onlar aksiyaların keçirilməsi ilə bağlı bu cür anormal çağırışlar edirlər: “Onlara sual vermək lazımdır ki, bu illər ərzində siz müxalifət görün neçə dəfə bu cür mənasız və heç kəsə lazım olmayan aksiyalar, mitinqlər keçirmisiniz, amma hər dəfə də uğursuzluğa düçar olmusunuz. Keçirdiyiniz aksiyalarda sizin yaxınlarınızdan və tanışlarınızdan başqa heç kəs olmayıb. Yəni uğursuzluğa düçar olmusunuz və bundan sonra da olacaqsınız. Bir sözlə, sözügedən müxalifət qüvvələrinin məkrli planları bu günə qədər baş tutmayıb və bundan sonra da baş tutmayacaq. Çünki onların Azərbaycan xalqı tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Demək olar ki, müxalifətin olub-olmaması cəmiyyət üçün maraqlı deyil. Belə olan halda da, yaxşı olardı ki, müxalifət sakitcə öz yerində otursun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB