Zərifə xanımın oftalmologiyaya verdiyi töhvələr danılmazdır - DEPUTAT DANIŞDI
“Bu gün Zərifə xanım Əliyevanın anım günüdür. Bu münasibətlə ölkədə müxtəlif qurumlar, təşkilatlar tərəfindən tədbirlər keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərli bildirib.

Onun sözlərinə görə, Zərifə xanım böyük bir şəxsiyyət olub, onun xüsusilə də oftalmologiya sahəsinə verdiyi töhvələri mütləq vurğulamaq lazımdır: “Bu gün təbii ki, Yeni Azərbaycan Partiyası, Səhiyyə Nazirliyi və bütün aidiyyatı qurumlar Zərifə xanımın fəaliyyəti ilə bağlı tədbirlər keçirirlər. Biz bu cür dəyərli bir şəxsiyyətin xatirəsini hər zaman yaşatmalıyıq. Çünki Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya sahəsinə çox böyük töhvələr verib. Bütün bunların nəticəsidir ki, hazırda bir çox mərkəzlərimiz və xəstəxanalarımız demək olar ki, xarici ölkələrdə tanınırlar. Zərifə xanımın da bu işdəki fəaliyyəti danılmazdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB