Ermənilər başlarını itiriblər - DEPUTAT ŞƏRH ETDİ

Ermənilər başlarını itiriblər - DEPUTAT ŞƏRH ETDİ

“Zəfər qurultayı çox ciddi bir mesaj idi. Dünya Azərbaycanlılarının birliyini nümayiş etdirdi. Bu tədbir sübut etdi ki, dünya azərbaycanlıları daha sıx formada doğma Vətənin ətrafında birləşiblər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli bildirib.

Onun sözlərinə görə, diaspor nümayəndələrinin hər biri Azərbaycanı öz dövləti hesab edir: “Bu çox yaxşı birlikdir. Cənab Prezident də bu qurultay zamanı dünya azərbaycanlılarının qarşısına böyük vəzifələr qoydu. 64 ölkəyə qayıdan zaman Qarabağ, onun dağıdılmış infrastrukturu və bərpa quruculuq haqqında yaşadıqları ölkələrdə məlumat verəcəklər. Eyni zamanda erməni vandalizmi barədə də məlumat verəcəklərindən əminik. Onlar burada hər şeyi, əyani şəkildə görüb, şahidi oldular. Eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn azərbaycanlılar burda zəfər sevincini birgə yaşadılar. İnsan qürbətdə biri-birində Vətəni görür. Bu atalar sözü məhz bu qurultayda öz təstiqini tapdı. Zəfər, qələbədən sonra keçirilən bu qurultay Azərbaycanın inkişafına da kömək edəcək.

Şübhəsiz ki, burada cənab Prezidentin verdiyi mesajlar da çox böyük əhəmiyyət kəsb edir. Hətta cənab Prezident erməniləri şoka salan mesaj verdi ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanımazlarsa, biz də onların ərazi bütövlüyünü tanımayacaq və bunu bəyan edəcəyik. Bununla bağlı olaraq da ermənilər başlarını itiriblər. Çünki yalançı olduqlarını bilirlər. Ümumi olaraq bu qurultay çox böyük əhəmiyyət kəsb etməsi ilə diqqətləri öz üzərinə çəkdi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə