Vətən bağı al-əlvandır, ətrin gəlir, Xarıbülbül! ŞƏRH

Vətən bağı al-əlvandır, ətrin gəlir, Xarıbülbül! ŞƏRH

Bu gün azadlığını özünə qaytardığımız xarıbülbül öz qələbə ətrini bütün dünyaya yayır. Bu gün üçrəngli bayrağımız Azərbaycanımızın döyünən ürəyi - Qarabağımızın səmalarını bəzəyir. Bu gün Azərbaycan torpaqlarından Zəfər qoxusu gəlir. DƏMİR YUMRUQ gücü hesabına qazanılan ZƏFƏR.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi, hərbi-diplomatik arenada əldə etdiyi uğurlar, Müzəffər Ordumuzun rəşadəti xalqımıza İkinci Qarabağ müharibəsində Zəfər sevincini yaşatdı. Bir-birindən gözəl, əsrarəngiz diyarlarımızı azad görmək bizim üçün tarixi hadisə olmaqla yanaşı, sözlə ifadəsi mümkünsüz bir hissdir…

Ali Baş Komandanımız başda olmaqla, dünya hərb tarixində öz sözünü demiş, xalqımıza qələbə sevinci yaşadan Rəşadətli Ordumuz var olsun!

22 aprel 2022-ci il ... Tariximizin ən şanlı səhifələrindən biri idi o gün. Hər bir azərbaycanlının ürəyi bir daha Şuşamızla döyündü. Çünki Dünya Azərbaycanlılarının V Qurultayı məhz Türk dünyasının Mədəniyyət Paytaxtı olan Şuşada keçirildi. Bu qurultay şanlı qələbədən sonra dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirdi. Dövlət başçımız İlham Əliyev qurultayda çıxışı zamanı yeni dövrün inkişaf strategiyası ilə bağlı bütövlükdə dünya azərbaycanlıları üçün əsas hədəfləri müəyyənləşdirdi, tövsiyə və tapşırıqlarını verdi. Dövlət başçımız çıxışında söyləmişdir: “Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir”.

Bu gün biz gənclərin üzərinə bu istiqamətdə çox böyük vəzifələr düşür. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycan gəncliyinə etimadını hər zaman doğrultmalıyıq. Bunun üçün gücümüzü birləşdirib, daim çalışmaq!

Bu gün bir daha başı dik, alnı açıq, qürurla sözünü deyir AZƏRBAYCAN GƏNCİ!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Fidan Nəsirli

YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə