Ermənistanın bu kimi təxribatlarının qarşısı alınacaq - POLİTOLOQ AÇIQLADI
"Ermənistanın sülh prosesini pozması, əldə olunan Brüssel razılaşmalarına qarşı etdiyi təxribatçı hərəkətlər birbaşa Ermənistanın siyasi-hərbi hakimiyyəti məsuliyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ayın sonunda ikitərəfli sərhədlərin delimitasiyası və demarkasiyası komissiyasının yaradılması gözlənilirdi: "Bu komissiyanın yaradılması əvəzinə erməni diversantları sərhəddə təxribatlar törətməyə çalışır. Təbii ki, Azərbaycan bunun layiqli cavabını verdi və diversiya qrupu saxlanıldı. Göründüyü kimi, Ermənistan öz üzərinə götürdüyü öhdəliklərdən və proseslərdən açıq-aydın şəkildə yayınmağa cəhd göstərir. Digər tərəfdən burada Rusiyanın da fəaliyyətini istisna etmirəm. Bu cür təxribatçı hərəkətlər davam edərsə, o zaman sərhəddə lokal toqquşmalar ola bilər".
Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birbaşa telefon danışığı oldu və bu məsələ də müzakirə olundu: "Görünür bu danışıqlar zamanı sərhədlərin delimitasiya və demarkasiya prosesi də reallaşıb. Amma, Rusiya prosesə mane olmaq üçün sabotaj addımlar atır. Məhz Brüssel görüşündən sonra Paşinyanın Moskvaya səfəri və ondan sonra bu kimi təxribatçı hərəkətlər də Rusiyanın planın tərkib hissəsidir. Amma Ermənistandan da çox şey asılıdır. Ermənistan siyasi iradə göstərməli və Brüssel vasitəsiləçiliyindən imtina etməməlidir. Bu kimi hallar davam edərsə, təbii ki, dövlət sərhəddində lokal hərbi toqquşmalar baş verə bilər. Bu da Ermənistanın əleyhinədir. Çünki Azərbaycan bütün bu proseslərə hazırdır və bundan əlavə Azərbaycan diplomatik müstəvidə də Ermənistanın təxribatçı hərəkətlərinə qarşı Avropa İttifaqını məlumatlandırıb. Göründüyü kimi, prosesi pozan Ermənistan tərəfidir. Ermənistanın bu kimi təxribatlarının bütün istiqamətlərdə qarşısı alınacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB