Şuşa bizim bu günümüz və sabahımızın simvoludur - MİLLƏT VƏKİLİ BİLDİRDİ
"Şuşa Azərbaycan üçün sadəcə bir bölgə deyil eyni zamanda bizim milli kimliyimizin, bu günümüzün, sabahımızın simvoludur". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, azərbaycanlıların harda yaşamasından aslı olmayaraq hər birimizin qəlbində böyük bir Şuşa sevgisi var: "Dünya Azərbaycanlılarının V-ci qurultayının məhz Şuşada keçirilməsinin tarixi və siyasi əhəmiyyəti olduqca böyükdür. Bununla Azərbaycan ərazi bütövlüyünün təmin olunması, suverenliyimizin bərqərar olmasını bir daha bütün dünyaya göstərdi. Dünyanın hər yerindən gələn həmvətənlilərimiz işğaldan azad olunan torpaqların vəziyyətini gördülər. Ermənistan 30 il ərzində bütün Qarabağ torpaqlarını viran qoyaraq, erməniləşdirməyə çalışdılar. Qurultayda cənab Prezident İlham Əliyevin dərin məzmunlu çıxışı xaricdə yaşayan hər bir Azərbaycanlını doğma vətəninə daha da bağladı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB