"Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
Onun sözlərinə görə, bu görüş Sadır Japarovun prezident vəzifəsinə seçildiyi tarixdən etibarən Azərbaycana ilk səfəridir: “Artıq bir sıra görüşlər keçirilib. Ölkə başçısı İlham Əliyevlə ikitərəfli görüşlər, eyni zamanda genişləndirilmiş şəkildə tədbirlər keçirilib. Bir sıra sənədlər imzalanıb. Həmçinin hər iki dövlətin prezidenti mətbuat qarşısında çıxış ediblər.
Ümumiyyətlə Azərbaycan dövləti ilə Qırğızıstan dövləti arasında çox böyük tarixi köklərə əsaslanan münasibətlər, əlaqələr mövcuddur. Bildiyiniz kimi gələn il Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq. Bu baxımdan da bu səfər olduqca böyük əhəmiyyət kəsb edir. Xüsusilə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannaməni qeyd etmək istərdim ki, bu da bütün sahələrdə həyata keçirilən əməkdaşlığın yüksək xətlə inkişaf etdirilməsindən xəbər verir.
Düşünürəm ki, növbəti illərdə biz bu sənədin icrası nəticəsində əlaqələrimizin daha da inkişaf etməsinin, eyni zamanda ölkələrimizin mövqelərinin bir-birinə daha yaxın olmasının canlı şahidi olacağıq. Eyni zamanda bir çox sahələr üzrə əməkdaşlıq həyata keçirilir və imzalanmış sənədlər də bundan xəbər verir. Burada iqtisadi, nəqliyyat, təhsil, səhiyyə və s. sahələrin inkişafı istiqamətində tədbirlər həyata keçirilir. Düşünürəm ki, bu cür hüquqi bazanın yaradılması ikitərəfli əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından xəbər verir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB