Ucarın Bərgüşad kəndində şəhid Səbuhi Süleymanovun məzarı ziyarət olunub FOTOLAR
19 aprel 2022-ci il tarixdə YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon Şöbəsinin rəisi Ceyhun Əliyev, Vətən müharibəsi şəhidlərinin ataları, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov, Bərgüşad kənd ərazi partiya təşkilatının fəallarının iştirakı ilə 09 noyabr 2020-ci il tarixdə Şuşa şəhərində şəhid olmuş,12 noyabr 2020-ci il tarixdə rayonun Bərgüşad kənd qəbiristanlığında dəfn olunmuş müddətdən artıq xidmət edən hərbi qulluqçu Süleymanov Səbuhi Ələkbər oğlunun 25-ci doğum günü münasibətilə məzarı ziyarət olunmuş, məzarın önünə tər-çiçəklər qoyulmuş, ruhuna dualar oxunmuşdur.
Tədbir iştirakçıları çıxışlarında qeyd etdilər ki, Vətən müharibəsində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda öz canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Həmçinin, tədbir iştirakçıları şəhid Səbuhi Süleymanovla eyni qəbiristanlıqda uyuyan Birinci Qarabağ müharibəsi şəhidləri Abdullayev Sədulla Cabbar oğlunun və Beydullayev Sahib Əlövsət oğlunun məzarlarını ziyarət etmiş, məzarın üzərinə tər-çiçəklər qoyulmuş, ruhlarına dualar oxunmuşdur. Daha sonra şəhid ailəsində iftar süfrəsində iştirak olunmuşdur. Səbuhi Süleymanov 19 aprel 1997-ci ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuşdur. Ailədə 3 bacı, 2 qardaş arasında sonuncu övlad olmuşdur.
Bərgüşad kənd 1 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Göyçay Peşə Liseyində "kəndin eletrikləşdirilməsi və rabitəsi üzrə elektrik mantyoru, avtomobil sürücüsü" ixtisası üzrə təhsil alaraq" 3-cü dərəcəli elektrik mantyoru, BC kateqoriyalı avtomobil sürücüsü" peşələrinə yiyələnmişdir. 13 iyul 2016 - 13 yanvar 2018-ci illərdə Azərbaycan Ordusununda xidmət etmişdir. Xidmət yeri Bakı şəhərində Kinologiya Mərkəzi olub. Hərbi xidmətini başa vurub ailəsinin yanına qayıtmışdır. Hərbiyə olan sevgisi ilə anasından xeyir-dua alaraq 22 iyun 2018-ci ildən hərbi xidmət keçdiyi Silahlı Qüvvələrin Kinologiya Mərkəzində MAXE işləməyə başlamışdır. Vətən Müharibəsinin ilk günündən Qələbə gününədək şərəfli döyüş yolu keçmiş, 09 noyabr 2020-ci ildə Şuşa şəhərində şəhid olmuşdur. Səbuhi Süleymanov Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda",25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Füzulinin azad olunmasına görə", 05 noyabr 2021-ci il tarixli sərəncamı ilə "Şuşuanın azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. Yaşasaydı bu gün 25 yaşı olacaqdı. Uca Tanrı ona ömrünün 23 yaş 6 ay 21-ci günündə ən uca məqamını - ŞƏHİDLİK ZİRVƏSİNİ! nəsib etdi.
VƏTƏN ŞƏHİDLƏRİMİZİ xatırlayaq ki, unudulmasın!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB