Görüş türk dünyasının inteqrasiyası baxımından əhəmiyyətlidir - POLİTOLOQ ŞƏRH ETDİ
"Bilirik ki, Azərbaycan və Qırğızıstan arasında ta qədimdən yüksək səviyyədə əlaqələr olub. Qırğızıstanın yeni Prezidentinin Azərbaycana səfəri də çoxdan planlaşdırılmışdı". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, bugünkü gündə ikitərəfli münasibətlərlə yanaşı, türk dünyasının inteqrasiya prosesi də gündəmdədir: "Bu baxımdan Qırğızıstan da əsas ölkələrdən biri hesab edilir. Türk dünyasının inteqrasiyası xüsusən Azərbaycan və Türkiyənin lokomotivi ilə həyata keçirilir. Bu iki ölkə həlledici rol oynayır. Fikrimcə, Qırğızıstan prezidentinin Bakıya səfərində ikitərəfli münasibətlərlə yanaşı, həm də Türkdilli Dövlətlər Təşkilatının (TDT) gələcəyi ilə bağlı məsələlər də müzakirə olunacaq. Çünki TDT-nin elan edilməsindən sonra Mərkəzi Asiyadakı proseslər, xüsusilə də Qazaxıstandakı hadisələr o qədər də ürəkaçan olmadı. Lakin Nazarbayevin Antalya Forumuna dəvət edilməsi Türkiyənin bu prosesdən geri çəkilmədiyini göstərdi".
Politoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, Qırğızıstan Prezidentinin Azərbaycana səfərinin də türk dünyasının inteqrasiyası baxımdan əhəmiyyətli olacağını düşünürəm: "Bu görüşdə həm siyasi, həm də iqtisadi baxımdan ikitərəfli sənədlər imzalana bilər. Bu sənədlər nəinki bu iki dövlət, eyni zamanda bütün türk dövlətləri baxımından mühüm addım ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB