18.04.2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı tərəfindən Ümummilli Lideri Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və qalib Azərbaycan" adlı inşa müsabiqəsi keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müsabiqəni giriş sözü ilə YAP Sabunçu rayon təşkilatının sədr əvəzi Cəfərov Zülfüqar açaraq müsabiqənin əhəmiyyəti, şagirdlərə verəcəyi töhfələr, Ümummilli Liderin Azərbaycan tarixində misilsiz xidmətləri haqqında ətraflı danışıb. YAP Sabunçu rayon təşkilatının fəalı, layihə rəhbəri Sərxan Şahverdiyev müsabiqənin formatı, şərtləri haqqında iştirakçılara məlumat verib.
İşlər xüsusi komissiya tərəfindən yoxlandıqdan sonra nəticələr 24.04 .2022-ci il tarixinədək elan olunacaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB