Fransa və Ukrayna münasibətləri hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ
“Son dövrlərdə Fransanın Ukrayna ilə bağlı məsələlərdə atdığı addımlar Ukrayna mediası və bir sıra Qərb dövlətləri tərəfindən tənqid olunurdu. Çünki Fransa Rusiya-Ukrayna qarşı durmasının ilk günlərində bir mənalı şəkildə Rusiyanın əleyhinə fikirlər səsləndirib, bəyanatlar verdi”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, son günlər Makronun açıqlamaları Fransa dövlətinin baş verən məsələlərə daha soyuqanlı yanaşdığının sübut edir: “Avropa birliyində Fransa Almaniya ilə rəqabətə girərək, öz mövqeylərini daha üst təbəqəyə çıxartmağa çalışır. Bu baxımdan Makronun Zelenskiylə danışığında baş vermiş məsələlərdə təşəbbüsü ələ almaq elementlərini artırmaq istəyi daha çoxdur. Eyni zamanda Türkiyənin neytral vasitəçiliyi həm Rusiya, həm də Ukrayna elitası tərəfindən yüksək qiymətləndirilir. Mən düşünürəm ki, Rusiya və Ukrayna danışıqlarında Nato üzvü kimi türkiyənin üzə çıxmasıda Fransa tərəfindən qıcıqla qarşılanır. Fransada prezident seçkilərinin ikinci turuna çox az qalıb bunun üçündə Makron belə vəziyyətdə öz mövqeyini gücləndirmək üçün hazırda Rusiya-Ukrayna məsələsindən istifadə etməyə çalışır. Bu baxımdan Makronun Zelenski ilə danışığından sonra Rusiya rəhbərliyi ilə danışıqları davam etdirir. Lakin bütövlükdə Fransa qlobal-siyasi məsələlərdə ədalətli yaşanmır və fikrimcə, bu prosesdə də ələ aldığı təşəbbüslər qeyri-səmimi görünür. Fransanın bu məsələdə ön plana çıxmaq şansları o qədər də yüksək deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB