Hesabat Azərbaycanın əlini gücləndirə bilər - POLİTOLOQ DANIŞDI

Hesabat Azərbaycanın əlini gücləndirə bilər - POLİTOLOQ DANIŞDI

“ABŞ Dövlət Departamentinin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatın Ermənistan hissəsində 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatların yer alması rəsmi Vaşinqtonun, ABŞ Dövlət Departamentinin Azərbaycana münasibətinin müsbətə doğru dəyişdiyini göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.

Onun sözlərinə görə, məhz Rusiya-Ukrayna müharibəsinin baş verdiyi vaxtda bu cür kəskin münasibət dəyişikliyini mən Qərbin Rusiyanın asılılığında olan ölkələrə qarşı münasibətinin dəyişməsi kimi başa düşürəm: “Ermənistanın Rusiyanın orbitində olan, şərtlərini diktə edən ölkə kimi qarşı qütbü qıcıqlandırmağı bacarıb. Bu baxımdan, ABŞ Dövlət Departamenti Ermənistanın azərbaycanlı əsirlərə verdiyi işgəncələri, yaxud mülki əhaliyə qarşı törətdiyi cinayətləri öz hesabatına daxil etməsi həmin münasibəti sərgilədiyinin göstəricisidir. Çünki, ABŞ Azərbaycana qarşı 907-ci düzəliş tətbiq edən, çox zaman ikili standartlar mövqeyindən yanaşan dövlət olaraq birdən-birə mövqe dəyişikliyi əlbəttə ki suallar yaradır. İstənilən halda bu cür hesabatın ABŞ Dövlət Departamentinin rəsmi saytında yayımlanması Azərbaycanın beynəlxalq məhkəmədə əlini gücləndirə bilər”.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə