ATƏT-in Minsk Qrupunun fəaliyyəti bitib - HƏRBİ EKSPERT AÇIQLADI

ATƏT-in Minsk Qrupunun fəaliyyəti bitib - HƏRBİ EKSPERT AÇIQLADI

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin birinci rübünün yekunlarına dair keçirilən müşavirədə bir çox vacib istiqamətlərə toxundu". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Onun sözlərinə görə, müşavirədə xüsusən ordu quruculuğu, iqtisadiyyat, xarici və daxili siyasətin bütün istiqamətləri təhlil edildi "Cənab Prezident müşavirədə o cümlədən, ATƏT-in fəaliyyəti barədə də danışdı. Prezidentin də qeyd etdiyi kimi ATƏT-in fəaliyyəti sıfırdır. ATƏT yarandığı gündən münaqişənin həlli ilə bağlı heç bir addım atmayıb. Ermənistana qarşı heç bir sanksiya tətbiq etməyib. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün konkret olaraq heç bir iş görməyib. Ancaq bu müddəti uzadıb. Amma Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində 30 il işğalda qalan torpaqları azad etdi. Artıq münaqişə bitib, həmçinin ATƏT-in Minsk Qrupunun fəaliyyəti də bitib.

Ümumiyyətlə ATƏT-in Minsk Qrupunun həmsədrləri BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü idi. Onlar dünyaya göstərmək istəyirdilər ki, hər hansı bir münaqişəni həll ediblər. Amma onlar bu münaqişəni həll edə bilmədilər. Bu səbəbdən həm BMT-nin, həm də ATƏT-in mövcudluğu sual altındadır. Qarabağ məsələsi artıq həll olunub. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Azərbaycan humanitar bir dövlətdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə