Müşavirə tarixi əhəmiyyətə malikdir - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib və möhtərəm Prezident İlham Əliyev müşavirənin əvvəlində və sonunda parlaq bir çıxışla öz fikrilərini ifadə edib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Onun sözlərinə görə, müşavirədə müvafiq nazirliklərin rəhbərləri də çıxış etdi: "Həmin nazirlər də bu çıxışlarda bir növ hesabat verdilər. İlham Əliyevin də qeyd etdiyi kimi bu müşavirə həm 2022-ci ilin 1-ci rübündə görülən işlərin hesabatı idi, həm də 2021-ci ildə görüləş işlərin yekununa baxış idi. 2021-ci ili post-müharibə dövrünün ilk ili adlandırmaq olar. Bu ilin birinci rübündə görülən işlər 2021-ci ildə görülən işlərin məntiqi davamıdır. Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin özü də qeyd edib ki, bu müşavirədə bütövlükdə bütün ölkə üzrə görülən işlər haqda danışsaq buna saatlar yox, günlər lazım olar. Bu mənadə bu gün hər birimiz üçün eləcə də dövlətimiz üçün prioritet olan məsələlərdən ən önəmlisi də işğaldan azad olunmuş torpaqlarımızdır. Bu müşavirə Qarabağda aparılan işlərə və gələcəkdə davam etdiriləcək olan işlərə baxış idi. Qeyd edim ki, möhtərəm Prezidentin çıxışı mükəmməl bir çıxış idi. Bu çıxışı dinlədikcə Prezident İlham Əliyevlə fəxr edirdik. Həmçinin təkcə Qarabağda necə möhtəşəm işlərin görüldüyünün şahidi olduq. Heç bir dünya dövlətindən dəstək almadan Qarabağda möhtəşəm yenidənqurma işlərinin hayata keçirilməsi hər birimizdə iftixar hissi doğurur.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, 2021-ci il və 2022-ci ilin birinci rübündə görüləcək işlər əsasən iki istiqamət üzrə ayrılmışdır. Biri qazandığımız qələbənin beynəlxalq səviyyədə tanıdılması, bu zəfərdən sonra bölgəmizdə yaradılmış yeni reallıqların beynəlxalq təşkilatlar və dünyanın güc mərkəzləri tərəfindən qəbul olunması və digər tərəfdən də işğaldan azad olunmuş torpaqlarda görülən işlərdir. Biz qürurla deyə bilərik ki, Prezidentimizin uğurlu siyasəti ilə qazandığımız zəfərin, eyni zamanda həmin ərazidə mövcud reallıqların 1 il ərzində dünyaya tanıdılmasına nail olmuşuq. Möhtərəm Prezident bunları bir-bir öz çıxışında sadaladı. Müharibəyə qədər hər zaman Azərbaycana ikilistandartlar tərbiq olunurdu, ATƏT-in Minsk qrupunun fəaliyyəti zamanı heç bir işə yaramadığından danışdı. Azərbaycan təkbaşına öz problemini həll etdi, bütün istədiklərinə nail oldu.

Bayraktar dronları ilə bağlı Prezident vurğuladı ki, 44 günlük mübarizəmiz zamanı bu dronlar "Qatil" adlandırıldı, amma Rusiya-Ukrayna müharibəsi zamanı bu dronlar "Mələk" adlandırıldı. Elə bunlar Azərbaycana qarşı ikilistandartların olduğunu göstərir. Bu da təbii ki, beynəlxalq təşkilatlar tərəfindən, dünyanın güclü dövlətləri tərəfindən sərgilənən bir mövqe idi. Qeyd edərdim ki, ötən il ərzində görülən işlər Azərbaycanın növbəti beynəlxalq uğurudur. Onu da demək lazımdır ki, müharibədən sonra Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr inkişaf etdirilmiş və sürətləndirilmişdir. Keçən ilin dekabr ayında və bu yaxınlarda keçirilən görüşlərdə cənab Prezidentin qaldırdığı təkliflər öz əksini tapmışdır. Bu təkliflər tamamilə Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edən təkliflərdir.

Azərbaycan və Ermənistan arasında post-müharibə dövründə münasibətlərin normallaşması bölgənin gələcəkdəki taleyinə təsir göstərəcəkdir. Qeyd edim ki, müharibədən əvvəl də, sonra da Azərbaycan bölgənin lider dövlətidir. Azərbaycan Prezidenti bölgənin gündəmini müəyyən edən prezidentdir. Bu mənada Prezident tərəfindən irəli sürülən 5 təklif münasibətlərin normallaşmasına yardım edəcəkdir. Münasibətlərin normallaşması üçün bu təklifdən başqa alternativ təklif ola bilməz. Bu təklif hər iki dövlətin mənafeyinə xidmət edir, həm Azərbaycan xalqının maraqlarını təmin edir, həm də beynəlxalq təşkilatları yetərincə qane edir. Brüsseldə keçirilən görüş zamanı da bu təklifin Aİ Şurasının Prezidenti tərəfindən də müsbət qəbul olunduğunun şahidi olduq və Ermənistan da bu təkliflərə öz müsbət münasibətini bildirmişdir. Bu təkliflərin nəticəsi olaraq sərhədlərin delimitasiyası və demarkasiyası üçün xüsusi komissiya yaradılacaq, eyni zamanda sülh müqaviləsinin hazırlanması üçün də ayrıca komissiya yaradılacaq. Bütün bunlar möhtərəm Prezidentin diptomatiyasının zəfəridir. Bunlar cənab Prezidentin qətiyyətinin, yenilməzliyinin göstəricisidir.

Müşavirədə cənab Prezident digər beynəlxalq təşkilatların da Qarabağla bağlı məsələlərini əks etdirən sənədlərin qəbul olunmasını vurğuladı. İslam Konfransı Təşkilatının qəbul etdiyi qətnamələrdə Azərbaycanın nəinki işğala məruz qaldığını bildirib, eləcə də azad olunmuş torpaqlarda Azərbaycanın maddi, mənəvi mədəniyyət və incəsənət ocaqlarının, tarixi abidələrinin darmadağın edilməsi və bir çox məsələlərlə bağlı sənədlərin qəbul olunmasını qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçən il və bu il ərzində əldə olunan uğurların hesabatını ictimaiyyətə çatdırıb və bu ilin çox uğurlu bir il olduğunu vurğuladı. Bu uğurların gələcəkdə dövlətimizin daha da güclənnməsinə və xalqımızın rifat içərisində yaşamasına dəlalət edir.

Cənab Prezident eyni zamanda “3+3” formatını dəyərləndirmişdir. Belə bir platformanın yaradılması sevindirici haldır. Bu formatın birinci görüşü gündəlik olmasa da, 2-ci görüşü üçün gündəlik formalaşdırılır. Bu format bölgədə sabitliyin, əmin-amanlığın və təklükəsizliyin qorunmasına təminat verən platformadır və bu platformanın fəailiyyəti blögənin davamlı inkişafına öz töhfəsini verəcəkdir. Düşünürəm ki, bu müşavirə tarixi əhəmiyyətə malikdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə