Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb - Sahibə Qafarova

Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb - Sahibə Qafarova

“Aprelin 8-də Milli Məclisin iki komitəsinin Şuşada birgə iclasının keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yaradılan yeni reallığın təzahürlərindən biridir”.

SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycanın parlament tarixində bu həmişəlik yadda qalacaq: “Milli Məclisin komitələrinin Şuşa şəhərində keçiriləcək iclaslarının qrafikləri hazırlanıb. Qrafiklər komitə sədrlərinə təqdim ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə