Erməni KİV-i Jirayr Lipartyanla Arsen Avaqyanın adlarını niyə hallandırdı? MARAQLI

Erməni KİV-i Jirayr Lipartyanla Arsen Avaqyanın adlarını niyə hallandırdı? MARAQLI

Bu iki şəxsin Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması yönündə hakimiyyətin əsas məsləhətçiləri olduqları bildirilir

“Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın komandasının üzvü və prezidentin müşaviri olmuş Jirayr Lipartyan İrəvanla Ankara arasındakı danışıqlarda aktivliyi ilə seçilir. Onun Ermənistanın mövcud iqtidarı ilə sözügedən məsələdə müxtəlif məsləhətlər verdiyi məlumdur”. SİA xəbər verir ki, bu haqda Ermənistanın “Hraparak” nəşri yazır.

Bildirilir ki, Lipartyan erməni-türk münasibətlərinin normallaşdırılması məsələsində ən çox dəstək verən şəxslərdən biridir və bu xüsusda o Nikol Paşinyana yaxınlığı ilə seçilir. Onun ölkə rəhbərliyini sözügedən prosesdə və danışıqlarda yönləndirmə, istiqamət vermə işləri apardığı bildirilir.

“Danışıqlarda iştirak edən daha bir şəxs Ermənistanın İrandakı səfiri, türkoloq Arsen Avaqyandır. O, ötən ilin oktyabrında səfir təyin edilib, buna qədər isə XİN-nin qonşu ölkələrlə münasibətlər idarəsinə rəhbərlik edib. Avaqyan Ermənistanın danışıqlarda təyin etdiyi xüsusi nümayəndəsi Ruben Rubenyanın həlledici məsləhətçilərindən hesab edilir”, deyə “Hraparak” yazır.

Qəzet xatırladır ki, ötən ilin dekabrında Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşdırılması üçün xüsusi nümayəndələri təyin olunub. Həmin vaxtdan etibarən Moskvada və Vyanada iki raund danışıqlar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə