“Bölgədəki yeni geosiyasi reallıqlar sorosçuları qane etmir” AÇIQLAMA
“Azərbaycan və Ermənistan arasındakı münasibətlərin indiki durumu nə sülh, nə də müharibə anlamında qəbul oluna bilər. Rəsmi Moskvanın moderatorluğu ilə 2020-ci ilin noyabrında əldə edilmiş razılıqlar atəşkəsin bərpa edilməsini ehtiva edir müəyyən mənada. Lakin Moskva razılaşması 1994-cü ilin Bişkek protokolundan fərqli olaraq, rəsmi İrəvanın Qarabağ uğrunda savaşda 1-ci müharibədən fərqli olaraq ikincisində məğlubiyyətinin etirafı oldu”. Bunu SİA-ya açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Vətən müharibəsində Azərbaycan işğal altında olan torpaqlarının 97 faizi üzərində suverenliyini bərpa etdi və işğalçı tərəf de-fakto olaraq kapitulyasiya müqaviləsinə imza atdı: “Mürəkkəb beynəlxalq şərait, bölgədə məlum dövlətlər arasında olan kəskin geosiyasi qarşıdurma bizə qələbəni 100 faizlik çərçivədə təmin etməyə imkan vermədi. Bölgədə geosiyasi anlamda nüfuz dairəsi uğrunda gedən mübarizənin səngiməməsindəndir ki, Ermənistan Moskva razılaşmalarının digər şərtlərini, yəni işğalçı qoşunlarının ölkəmizin ərazisindən çıxarılması, nəqliyyat kommunikasiya dəhlizlərinin açılması, dövlət sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı məlum şərtləri yerinə yetirməkdən yayınır, problemin həllini uzadır, sanki vaxt qazanmağa çalışır. Tərəflər arasındakı danışıqlarda müxtəlif yönümlü geosiyasi güc mərkəzlərinin vasitəçilik etmək istəyi bir-birinə əzələ nümayiş etdirmək, münaqişə tərəflərinə daha fərqli və güclü təsir imkanlarına malik olmalarını nümayiş etdirmək arzusundan irəli gəlir”.
E.Manafov bildirdi ki, Brüsseldə baş tutacaq görüş ərəfəsində erməni müxalifətinin çağırışı və təşkilatçılığı ilə başlanmış mitinqlər Paşinyan iqtidarının mövqeyinə təsir göstərmək, onu sülh danışıqlardan çəkindirmək istəyindən irəli gəlir: “Burada isə bir neçə səbəb var, təsnifatına görə bunları geopolitik və daxili siyasi qarşıdurmanın reallıqlarından irəli gələn səbəblərə bölmək olar. Bu mitinqlərin Ermənistanın sabiq prezidenti S. Sarkisyan tərəfindən təşkil edilməsi bəllidir, Sarkisyan, habelə onun xələfi Koçaryan isə Rusiya, onun xüsusi xidmət orqanları, işgüzar dairələri ilə bağlı siyasətçilərdirlər, bəllidir ki, bu mitinqlər Rusiyanın bəlli dairələrinin Paşinyana bir mesajı kimi qəbul olunmalıdır. Digər tərəfdən Paşinyana münasibətdə müxalifətdə duran bu siyasilər cəmiyyətin millətçi, revanşist dairələrinin onlarla bir cəbhədə olmalı ilə bağlı sosial sifarişləri də Paşinyana məlum mitinqlər vasitəsilə çatdırmağa çalışırlar. İstisna deyil ki, sülh danışıqlarını Qərbin məsləhət bildiyi həddə qədər uzatmaq üçün Paşinyan müxalifətlə iş birliyində olsun, 44 günlük savaşdan sonra bölgədəki yeni geosiyasi reallıqlar Qərbdəki bəlli maliyyə mərkəzlərini, xüsusilə Sorosçuları qane etmir. Odur ki, tərəflərdən hər biri danışıqlarda vasitəçilik etməklə əsasən öz maraqlarına uyğun olan reallıqların (loqistika, nəqliyyat dəhlizləri, onların marşrut və istiqamətləri, Təhlükəsizlik və s.) bərqərar olmasına çalışırlar. Bu mənada tərəflər arasında Brüsseldə baş tutacaq görüş ərəfəsində Rusiya prezidenti V.Putinin rəsmi Bakı və İrəvanla telefon vasitəsilə apardığı danışıqlar Ukraynadakı məlum qarşıdurma nəticəsində Kreml tərəfindən qeyri-dost ölkələr ranqına aid edilmiş AB-nə mesaj və ya xəbərdarlıq kimi qəbul olunmalıdır. Brüssel görüşü ərəfəsində Ermənistanın sabiq prezidenti S.Sarkisyanın "inanmıram ki, Brüsseldə hər hansı ciddi sənəd imzalansın" kimi bəyanatı da regionda münaqişə tərəflərinə hansı geosiyasi güc mərkəzinin daha ciddi və güclü təsir imkanlarına malik olması faktını qabartmaq baxımından diqqətəlayiqdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB