“Əli Kərimlinin Azərbaycan dövlətçiliyi ilə heç bir əlaqəsi yoxdur” -AÇIQLAMA
“Azərbaycan vətəndaşlarının sərbəst toplaşma azadlığı var. Yəni hər bir vətəndaş konstitusiyamızda göstərilən hüquqlara görə sərbəst toplaşa bilərlər. Lakin indiki zamanda buna ehtiyac varmı və bu aksiyalar hansı məqsədlə keçirilir, bu məsələ bir qədər qeyri-dəqiqdir”. Bunu SİA-ya açıqlamasında AMİP funksioneri Əli Orucov deyib.
Onun sözlərinə görə, hər zaman, harada ki Azərbaycanın maraqları və maraqlarında kövrək istiqamətləri olub, AXCP həmin istiqamətdə zərbələr endirməyə çalışıb: “Bu gün də hər kəsə məlumdur ki, Rusiyanın Ukraynada apardığı müharibəni bütün dünya pisləyir. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizdə hələ də Rusiya silahlıları qalır, onlar hansı statusdadır, bunun fərqi yoxdur. Dünya dövlətləri təkid edirlər ki, biz Rusiyaya qarşı duraq, vuruşaq və Rusiyaya qarşı həyata keçirilən sanksiyalarda iştirak edək. Biz müstəqil dövlətik, hesab edirəm ki, Azərbaycanın xarici siyasi kursu ölkənin dövlətçiliyinə və xalqın maraqlarına uyğun həyata keçirilməlidir. Doğrudur biz Ukrayna xalqının müharibəyə qarşı dirənişini dəstəkləyirik, amma bu heç də demək deyil ki, biz burda özümüzü Rusiya işğalına qarşıda qoyaq və özümüzə yeni bir problemlər yaradaq. Bu dünyanın yenidən bölüşdürməsi uğurunda gedən mübarizədir, savaşdır və böyük dövlətlərin, güclərin apardığı müharibələrdir. Azərbaycanı bu müharibələrə cəlb etməklə poliqona çevirmək doğru deyil və Əli Kərimli də bunu anlayırsa və anlayaraq da bu işə gedirsə deməli onun Azərbaycan xalqı və dövlətçiliyi ilə heç bir əlaqəsi yoxdur. Güman etmirəm ki, onun bu hərəkətləri hər hansı bir formada cəmiyyətə təsirini göstərəcək və effekt verəcək. Sadəcə olaraq, sözügedən şəxslər bununla ölkəmizin imicinə hər hansı bir formada zərbə endirmək istəyirlər. Bununla özlərini guya Qərbpərəst, eləcədə, Ukraynanın dostu kimi göstərmək istəyirlər. Amma bütün bunların hamısı saxtadır, öz maraqları üzərindən hesablanmış addımlardır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB