Azərbaycan-İsrail arasındakı münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ

Azərbaycan-İsrail arasındakı münasibətlər hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ

“İsrail Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanla İsrail arasında çoxşaxəli əməkdaşlıq münasibətləri mövcuddur: mədəni, humanitar sahədən tutmuş siyasi iqtisadi və hərbi müadifə sahəsindəki əməkdaşlığa qədər olduqca geniş spektora malik münasibətlərimiz var”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli bildirib.

Onun sözlərinə görə, Bakı ilə Təl-Əviv hər zaman bir-birlərini beynəlxalq müstəvidə təsdiqləyiblər: “Bizim haqq işimizə hər zaman İsrail dövləti siyasi olaraq öz dəstəyini nümayiş etdirərək ərazi bütövlüyümüzü tanıyıb. Azərbaycan yeganə müsəlman ölkələrindən biridir ki, İsraillə ən çox sıx əməkdaşlıq münasibətlərinə sahib olub. İkinci Qarabağ müharibəsində biz İsrail silahlarından çox geniş şəkildə istifadə etdik. Mən deyərdim ki, qələbəmizdə həlledici amillərdən biri də məhz İsraildən istehlak etdiyimiz silah və sursatlar idi. Bu faktorun özü iki ölkə arasında olan münasibətlərin xarakterini ortaya qoyur. Əlbəttə, bundan sonra iki ölkə arasında münasibətlər artan xətt üzrə inkişaf edəcək. Artıq bildiyim qədəri ilə silah alınması ilə bağlı müvafiq müqavilələr imzalanıb. Bu isə ondan xəbər verir ki, Azərbaycan dövləti post-konfilikt dövründə də özünün hərbi müdafiə potensialını genişləndirir. Biz istənilən xarici təhdidə qarşı özümüzü hər zaman bütün müstəvilərdə inkişaf etdirməliyik. İsraillə münasibətimizin inkişaf etməsi bizim hərbi baxımdan öz potensialımızın möhkəmlənməsinə şərait yaradır. Bu da təbii ki, təqdirəlayiq hərəkət hesab oluna bilər”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə