Son 18 ilin uğurları: Prezidentin verdiyi bütün vədlər gerçəyə çevrilir - TƏHLİL
Prezident İlham Əliyev: “Xalqa xidmət etmək mənim ən böyük vəzifəmdir. Mənim üçün bu, böyük şərəfdir”
Bütün dünyada seçkilər dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Bu mənada, xalqın iradəsinin ifadəsi sayılan seçkilərin demokratik, azad keçirilməsi ölkədəki ictimai-siyasi sabitlikdən, ilk növbədə normal seçki keçirilməsinə əsaslı şərait yaradılmasından asılıdır. Bununla yanaşı, istənilən dövlətdə seçkilərin ədalətli və şəffaf həyata keçirilməsi həmin cəmiyyətin demokratik mühitinin yüksək olmasından xəbər verir. Bu prosesin məntiqi yekunu olaraq hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvəyə bağlayır. 2018-ci il aprel ayının 11-də ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərdə Cənab İlham Əliyevin ümumxalq sesverməsində 86,03 faiz səs qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqımız bu düzgün seçimi bugünkü qələbə tarixinin yazılmasında vacib rol oynadı. Prezident İlham Əliyev ötən 18 il ərzində millətimiz üçün ən ağrılı bəla olan, dövlətimiz üçün kifayət qədər ciddi çağırış hesab edilən erməni işğalına son qoydu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ona göstərilən bu etimada görə xalqa ünvanladığı müraciətində demişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımızın əsas şərtidir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Xalq-iqtidar birliyi bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Keçdiyimiz yol şərəfli yoldur, qələbələr, uğurlar yoludur. Əminəm ki, biz həmişə qələbələr yolu ilə gedəcəyik”.
Azərbaycanın çağdaş tarixində yeni intibah mərhələsinin əsasını qoyan, milli mənafelərə söykənən strateji siyasi kursun ardıcıllığını təmin edən, təcavüzkarlığı həyat tərzinə çevirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 18 il ərzində sözü ilə əməli bir olan, hər bir vətəndaşının problemini öz problemi, qayğısını öz qayğısı kimi qəbul edən, iştirak etdiyi bütün seçkilərdə xalqın mütləq əksəriyyətinin səsini, etimadını qazanan, parlaq zəkası, peşəkar idarəçilik qabiliyyəti və praqmatik yanaşması ilə xalqının Prezidenti olduğunu əməli və yorulmaz fəaliyyəti ilə sübuta yetirmişdir.
GERÇƏKLİYƏ ÇEVRİLƏN VƏDLƏR...
Bu gün 18 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”,-deyərək son 17 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz QARABAĞ AZƏRBAYCANDIR!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət, Qələbə Zəfərimizə nail olduq!
Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin 2021-ci ilin martın 5-də keçirilən qurultaydakı geniş nitqi çox zəngin və keçilmiş yola verilən qiymətlə, dərin təhlillə səciyyəvi oldu. Dövlət başçısı yüksək intellektual səviyyəsi ilə seçilən proqram xarakterli çıxışı zamanı ölkəmizin son illərdə keçdiyi tarixi yola bir daha nəzər saldı. Bildirdi ki, Azərbaycan bu gün bölgənin və regionun ən qüdrətli ölkələrindən birinə çevrilib: “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu işğalla barışmayacaq. Heç vaxt Azərbaycan imkan verməyəcək ki, tarixi, əzəli torpaqlarında ikinci erməni dövləti yaradılsın. Heç vaxt bizi tam qane etməyən razılaşma ilə barışmayacağıq və müharibədən əvvəl müxtəlif çıxışlarda, müsahibələrdə deyirdim ki, bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Biz ərazi bütövlüyümüzü tam bərpa etməliyik. Biz tarixi ədaləti tam bərpa etməliyik. Çünki yarımçıq razılaşma bizim xalqımızın maraqlarına cavab vermirdi, tarixi ədalətə cavab vermirdi. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi. Biz bu mütləq qələbəni qazandıq, düşməni darmadağın etdik, düşmən ordusunu məhv etdik və istədiyimizə nail olduq”.
Dövlət başçısı bildirdi ki, bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir: “Biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox böyük əhəmiyyəti var. Eyni zamanda, ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır”. “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur” deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev “Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı: "Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan 18 il müddətində Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan kimi çox mühüm geosiyasi mövqeyə və əhəmiyyətə malik olan, qlobal maraqların və ziddiyyətlərin kəsişdiyi məkanda yerləşən bir ölkəyə başçılıq etməsinə baxmayaraq çox qısa bir zaman kəsiyində bütün dünyada böyük hörmət və nüfuz qazandı. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Son 18 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib. Azərbaycan hərtərəfli inkişaf yolu keçib. Elə bir sahə yoxdur ki, orada yüksək inkişaf göstəriciləri qeydə alınmasın. Bütün sahələrdə ardıcıl islahatlar həyata keçirilib və əhəmiyyətli uğurlar qazanılıb. Bunun əsasında isə uğurlu iqtisadi siyasət dayanır. Regionların davamlı sosial-iqtisadi inkişafı təmin edilib, Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri genişlənib, sosial məsələlər uğurla həll olunub. Bununla yanaşı, ölkənin artan imkanları hesabına insan kapitalının formalaşması, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəlmiş, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə öz vədini yerinə yetirdi və bu gün də xalqı qarşısında bir daha sözü ilə əməli bir olan Liderdir!
Bəli, bu, həqiqətən də belədir. “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir.Ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının birbaşa ideya müəllifi olduğu bir sıra sosial-iqtisadi mahiyyətli Dövlət Proqramlarının qəbul edilməsi və onlarının icrası bu istiqamətdə atılmış strateji addımlar kimi dəyərləndirilməlidir. Son 18 ilər ərzində Azərbaycanın sürətli inkişafı məhz müasir innovasiyaların tətbiqinə verilən önəmlə bağlıdır. Bu sıradan “ASAN Xidməti” İctimai xidmət sahəsinin fəaliyyəti dövlət idarəetmə sahəsinə aiddir. Bilavasitə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən “ASAN xidmət” dən məqsəd və dövlət orqanlarının işində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub.
Son 18 il ərzində İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan böyük və şərəfli yol keçmişdir. Prezidentin təbirincə desək, ölkəmiz bütün sahələr üzrə möhtəşəm uğurlara imza atmışdır. Azərbaycanın beynelxalq nüfuzu daha da yüksəlmiş, aparılan siyasi-iqtisadi islahtlar isə dünya birliyi tərəfindən layiqincə qiymətləndirmişdir. Azərbaycanda təhlükəsizlik, sabitlik təmin edilmişdir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.
QLOBAL PANDEMİYAYA QARŞI SAVAŞDA AZƏRBAYCAN REALLIĞI
Dünyanın koronavirus pandemiyasından (COVID-19) ciddi ziyan çəkdiyi, hətta inkişaf etmiş ölkələrin belə bu qlobal bəladan sarsıldığı bir zamanda Azərbaycanın pandemiyaya qarşı mübarizədə mütərəqqi model ortaya qoyması bir daha təsdiqləyir ki, ölkəyə rəhbərlik edən liderin müdrik qərarları bəzən bütöv bir xalqı faciədən hifz edir. Ümumiyyətlə, pandemiyanın yayılmağa başladığı dövrdən Azərbaycan rəhbərliyi çevik qərarlarla, bu bəlanın törədə biləcəyi faciənin miqyası dəqiq təhlil edilməklə mübarizə tədbirlərinə başlanıldı. Ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb.
Azərbaycan Prezidenti çıxışlarında, nitqlərində vurğulayır ki, pandemiyadan çıxış yolu yalnız qlobal həmrəylikdən, dünya dövlətlərinin ümumi səylərini birləşdirməsindən asılıdır. Təsadüfi deyil ki, pandemiyaya qarşı mübarizədə ölkələrin birgə fəaliyyəti, çoxtərəfli əməkdaşlıq təklifini də məhz İlham Əliyev irəli sürmüşdü. Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənməsi də bunun bariz nümunəsidir. Ötən ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasında İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi çıxış edərək bütün ölkələri bu mübarizədə həmrəyliyə çağırdı, birtərəfli addımlar atılmamasının, peyvəndin bütün ölkələrin xalqları üçün əlçatan olmasının vacibliyini önə çəkdi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə bu problemin aradan qaldırılması istiqamətində daha bir uğurlu addım bu ilin mart ayında atıldı. BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi. Bununla da Azərbaycan növbəti dəfə qlobal həmrəyliyə öz töhfəsini verdi. Qeyd edək ki, aprelin 1-də ÜST-ün baş direktorunun təşəbbüsü ilə İlham Əliyevlə Tedros Adhanom Gebreyesusun videokonfrans formatında görüşü və aprelin 6-da bu təşkilatın İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş tədbirində səslənən fikirlər də deyilənləri bir daha təsdiqlədi. Baş direktor Azərbaycanın təşkilata bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 10 milyon dollar dəyərində etdiyi yardımı yüksək qiymətləndirərək ölkəmizin ÜST-ə siyasi və mənəvi dəstəyinin çox dəyərli olduğunu qeyd etdi.
Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk dövlətlərdən biri olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin təşəbbüsü ilə reallaşan tədbirlərin əhəmiyyətini və respublikamızın beynəlxalq məsuliyyətinə sadiq olaraq ÜST-ə, eləcə də 30-dan çox ölkəyə könüllü humanitar və maliyyə yardımı göstərdiyini diqqətə çatdırdı. Bir sözlə, səhiyyə sahəsində qazanılmış uğurlar və qarşıya yeni hədəflərin qoyulması imkanı son 18 il ərzində Azərbaycanın bütün bölgələrində yüzlərlə xəstəxananın yenidən tikilməsi, yaxud əsaslı təmir edilməsi ilə sıx bağlıdır. Bir sözlə, sözü ilə əməli hər zaman üst-üstə düşən Prezident İlham Əliyev son 18 ildəki uğurları bir daha təsdiqləyir ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla bundan sonra da daha böyük nailiyyətlərə imza atacağının şahidi olacaqlar.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB