Rusiya Azərbaycan saytlarına məhdudiyyət qoymaqla heç nə əldə etməyəcək - MEDİA EKSPERTİ AÇIQLADI

Rusiya Azərbaycan saytlarına məhdudiyyət qoymaqla heç nə əldə etməyəcək - MEDİA EKSPERTİ AÇIQLADI

"Artıq üçüncü dəfədir ki, Azərbaycan saytları Rusiyada bloklanır. Təbii ki, bu, yolverilməz bir haldır. Bununla bağlı həm mediada, həm də ümumilikdə cəmiyyətimizdə narahatlıq var". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib.

Onun sözlərinə görə, Mətbuat Şurası da bəyanat yayıb ki, belə hallar olmamalıdır: "Azərbaycan dövləti və mediası Rusiya-Ukrayna müharibəsində ədalətli mövqeni üstün tutur. Çünki, Azərbaycanın da bəzi əraziləri 30 il ərzində işğal altında olub. Ona görə də cəmiyyətin əksər çoxluğu Rusiyanın bu siyasətinə qarşıdır. Eyni zamanda, müharibənin həm cəmiyyətə, həm də dövlətə gətirdiyi fəsadlarını bilirik. Azərbaycan saytları Ukraynada baş verən hadisələrə obyektiv mövqedən yanaşır. Təəssüf ki, Rusiya dövləti obyektiv məlumatın yayılmasında maraqlı olmadığı üçün ölkədə Azərbaycan saytlarının fəaliyyətinin qarşısını alır. Ən azından söz və mətbuat azadlığı, cəmiyyətin düzgün informasiya əldə etmək hüququ var ki, Rusiya buna qarşı çıxır. Azərbaycan dövləti bunu qətiyyətlə pisləyir. Rusiya Azərbaycan saytlarına məhdudiyyət qoymaqla heç nə əldə etməyəcək".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə