Ermənistanın Azərbaycanın təkliflərini rədd etməsi məntiqsizdir

Ermənistanın Azərbaycanın təkliflərini rədd etməsi məntiqsizdir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada ikinci Diplomatik Forumda olarkən Ermənistanı Azərbaycanın münasibətlərin normallaşdırılması ilə bağlı təkliflərini qəbul etməyə çağırıb. SİA bu barədə “vestikavkaza” saytında yer alan yazıya istinad edir.

"Biz Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşması üçün əsas prinsipləri təqdim etdik. Hesab edirik ki, bu təklifləri rədd etmək son dərəcə məntiqsiz idi. Biz Ermənistan tərəfinin cavabını gözləyəcəyik".

Bayramov diqqəti Ermənistanın artıq bir ildir ki, Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərinə cavab verməməsinə yönəldib. "Lakin biz ikinci sənədi təklif etdikdən sonra Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi ölkənin Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlara başlamaq üçün beynəlxalq vasitəçilərə müraciət etmək planlarını açıqladı", - Azərbaycanın xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, bunu Ermənistanın Azərbaycanın təkliflərinə cavabı hesab etmək olar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня