YAP Oğuz rayon təşkilatında hesabat-seçki yığıncaqları davam edir FOTOLAR
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının Sincan kənd, Sincan məktəbi, Tərkeş, Mollalı kəndinin ərazi ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqlar Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində həyatını itirmiş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra gündəlikdə duran məsələlər müzakirə edilib və qərarlar qəbul olunub.
YAP Oğuz rayon təşkilatının Sincan kənd ərazi partiya təşkilatının sədri Azər Məcidov, Sincan məktəbinin ərazi partiya təşkilatının sədri Elçin Xasıyev, Mollalı kənd ərazi partiya təşkilatının sədri Gülbala Həmidov, Tərkeş kənd ərazi partiya təşkilatının sədri Natiq Hacıağayev hesabat məruzəsi ilə çıxış edərək, ötən dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıblar. Qeyd edilib ki, partiya fəalları keçirilən tədbirlərdə yaxından iştirak edirlər.
Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib.
Daha sonra təşkilati məsələlərə baxılıb.
YAP Oğuz rayon təşkilatının Sincan kənd ərazi partiya təşkilatına Məcidov Azər Yunus oğlu sədr, Ağammədov Eynur Nuralı oğlu sədr müavini, Sincan məktəbi ərazi ilk partiya təşkilatına Xasıyev Elçin Qərib oğlu sədr, Qarayeva Adilə Carı qızı sədr müavini, Mollalı kənd ərazi partiya təşkilatına Həmidov Gülbala Əşrəf oğlu sədr, Zakirov Əvəz İspəndiyar oğlu sədr müavini, Tərkeş kənd ərazi partiya təşkilatına Hacıağayev Natiq Əsabəli oğlu sədr, Salmanova Nigar Çingiz qızı isə sədr müavini seçilib.
Yığıncaqda YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək, yeni seçilmiş sədr və müavinləri təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB