“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni sədr təyin edilib SƏRƏNCAM

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni sədr təyin edilib SƏRƏNCAM

Prezident İlham Əliyev Əsgər Ələkbərovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə