Prezident sualları böyük ustalıqla cavablandırdı - MÜNASİBƏT BİLDİRİLDİ

Prezident sualları böyük ustalıqla cavablandırdı - MÜNASİBƏT BİLDİRİLDİ

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına səfəri zamanı TASS agentliyində kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə bir sıra önəmli məsələlərə toxundu və sualları böyük ustalıqla cavablandırdı”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, görüşün əhəmiyyəli olduğunu qeyd etmək olar: “Çünki görüş həm Rusiya-Azərbaycan münasibətlərinin arasında qurulmuş diplomatik əlaqələrin 30 illiyi ərafəsinə təsadüf etmişdir. Həm də Rusiya ilə Azərbaycan arasında müttəfiqliyin qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalanmasından sonra keçirilmişdir və cənab Prezident bütün sualları sərrast şəkildə cavablandırmışdır. Dövlət başçısının geniş məlumatlılığı da jurnalistlərin böyük marağına səbəb olub. Eyni zamanda cənab Prezident bəyannamədən irəli gələn məsələləri qabartmaqla Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə qaldırılmasına diqqət çəkmişdir. Rusiya KİV-ləri iki ölkə arasında münasibətlərin indiki formatını ali format kimi qəbul edir. İki dövlət arasında çox yüksək iqtisadi-siyasi münasibətlər vardır. Bu münasibətlərə təsir edən önəmli komponentlərdən biri də humanitar və mədəni sahədə olan əlaqələrdir. Müttəfiqlik bəyannaməsinin imzalanması isə Ermnistanın təbliğatına böyük zərbə vurdu. Çünki Ermənistan Rusiya ilə olan münasibətlərdən öz maraqları üçün istifadə etməyə çalışırdı. Rusiya ilə münasibətləri öz inhisarına alır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olan sədrlikdən də regional təhlükəsizliyi pozmaq istiqamətində addımlar atmaq niyyəti güdürdü. Bütün bu fəaliyyətin artıq üzərindən xətt çəkildi. Qeyd etmək istərdim ki, Marqarita Simonyanın guya Azərbaycanın ermənilərin girişinə qadağa qoyması ilə bağlı qərəzli sualına Prezident məharətlə cavab vermişdir. Cənab Prezident bildirdi ki, Katolikos Qaragin Bakıda səfərdə olub və cənab Prezident onu iş kabinetində qəbul edib. Bakıda eməni kilsəsində 5 mindən çox kitab qorunub saxlanılır. Bu da Katalikos Qaraginin təəccübünə səbəb olmuşdur. Bu cür qərəzli sualın böyük ustalıqla cavablandırılması həm də Ermənistanın təbliğatına vurulan bir zərbə kimi qiymətləndirilməlidir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da aparıcı KİV-lər qarşısında 30 illik erməni işğalının ağır nəticələri haqqında məlumat verməsi informasiya müharibəsində Azərbaycanın mövqeyinin bir qədər möhkəmləndirilməsinə xidmət etmişdir. Rusiya ilə Azərbaycan arasında münasibətlər hazırda öz inkişaf dövrünü yaşayır və bu münasibətlər həm də hüquqi normativ baza ilə möhləmləndirilmişdir".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə