Rusiyanın Ukraynaya qarşı müharibədə məğlubiyyəti getdikcə daha aydın görünür. Bu, bir çox əlamətlərdə özünü aydın şəkildə göstərir. Məsələn, Ukrayna Silahlı Qüvvələri rus işğalçılarına məxsus bir neçə aviasiya bölməsini məhv edib, Rusiya tərəfi qısa zaman fasiləsində bir neçə Su-30SM, helikopter, Su-25, İL-76MD, bir texnika və yanacaqla dolu bir karvan itirib. Qostomel yaxınlığında Ukrayna Milli Qvardiyasının və “Alfa” xüsusi təyinatlılarının Rusiya xüsusi təyinatlılarının karvanını məğlub etdiyi barədə də məlumatlar var. Eyni zamanda, Almaniyanın Ukraynaya tank əleyhinə silahlar və “Stinger” zenit sistemləri üçün raketlər verəcəyi barədə fevralın 26-da Almaniya kansleri Olaf Şolz Twitter-də məlumat verib.
“Rusların soxulmasının artıq dönüş nöqtəsidir. Bizim vəzifəmiz Rusiya prezidenti Vladimir Putinin işğalçı ordusundan Ukraynanı bacardığımız qədər müdafiə etməkdir. Ona görə də biz Ukraynadakı dostlarımıza 1000 tank əleyhinə silah və 500 “Stinger” raketi veririk”, deyə Olaf Şolz Twitter-də yazır. Bundan əlavə, Rusiyanın beynəlxalq banklararası SWIFT sistemindən ayrılması üçün hazırlıqlara başlanılıb. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial şəbəkədə məlumat yayıb. “Biz gəmirə-gəmirə sona çatdırdıq. Bütün Ukrayna diplomatiyası işlədi. Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər hamı çalışdı”, deyə Kuleba yazıb.
Göründüyü kimi, bütün bunlar Rusiya Bankının sanksiya siyahısında müttəhimlər arasında görünməsi ilə hər şeyin əhəmiyyətli dərəcədə dəyişdiyini göstərir. Rusiya bu il istər-istəməz əhəmiyyətli iqtisadi tənəzzüllə üzləşəcək və inflyasiyanın səviyyəsini indi proqnozlaşdırmaq belə çətindir. Bütün bunlar Rusiyanın Ukraynanın suverenliyini məhv etmək və onu “rus dünyası”nın bir hissəsinə çevirmək istəyini həyata keçirməyin bədəlidir. Bununla belə, əvvəlki proqnozların əksinə olaraq, Ukraynanın ayaqda dayandığı görünür.
Bu arada onu da qeyd edək ki, yalnız Ermənistan öz simasızlığında qalır və Rusiyanın bütün dünya tərəfindən qınanılan addımının tərəfində çıxış etdiyi görünür. Çünki işğalçılıq siyasəti bu ölkənin dövlət siyasəti olub və özləri də işğalçı olmaqla ermənilər hər zaman işğalçıların yanındadırlar. Hətta Ukraynalılar tərəfindən əsir götürülən Rusiya hərbçiləri arasında erməni əsilli hərbçinin olması da bu rakursda təəccüblü görünmür. Ona görə ki, bu toplumun işğalçılıq meyllərinin olduğu artıq tarix boyu öz təsdiqini dəfələrlə tapıb və bu gün təkcə Rusiya deyil, dünyanın ən sonuncu ölkəsi belə işğala başlamış olsa orada ermənilərin iştirak edəcəyinə zərrə qədər şübhə edən tapılmaz.
Ermənistan Avropa Şurasında yeganə ölkə oldu ki, Ukraynanı işğal etdiyinə görə Rusiyanın təşkilatdan çıxarılması qərarının əleyhinə səs verən Rusiya nümayəndə heyətinə qoşuldu. Bunu bütün dünya unutmamalıdır. Ələlxüsus, Ermənistanı müdafiə edən ölkələr, beynəlxalq təşkilatlar yaddan çıxarmamalıdırlar ki, Ermənistan işğalçının yanındadır. Unutmamalıdırlar ki, Ermənistan deyilən bir ölkə haqqın tərəfində, suverenliyini müdafiə etməyə, işğalın qarşısını almağa çalışan ölkənin yanında deyil. Bütün bunları, dünya öl kələrinin bu gün gördükləri reallıqları heç kim unutmamalıdır. Ələlxüsus bunu təkcə bu gün yox, gələcəkdə də yaddan çıxarmamalıdırlar. Bilməlidirlər ki, Ermənistan üçün ədalət, haqq anlayışı da, suverenlik kimi ali məqamlar da, beynəlxalq hüquq da, normalar da yalnız işğal sözünün belə altında qalır, ikinci, daha doğrusu sonuncu plana düşür.
İndi bütün dünya gördü və şahidi oldu ki, Azərbaycan təkcə özünə aid olanda deyil, hansı ölkə olur-olsun, hər zaman haqqın, ədalətin, beynəlxalq hüququn tərəfindədir. Ermənistandan fərqli olaraq, Azərbaycan doğrunun tərəfində, haqlının yanındadır və yalnız ədaləti, haqqı, hüququ üstün tutur. Bunu görmək istəməyənlər belə Azərbaycanın hansı mövqedə olduğunun şahidi oldular və bundan sonra bunu etiraf etməkdən başqa çarələri qala bilməz. Əslində, Ermənistanın mövqeyi onu müdafiə etməyə qalxanlar üçün bir dərs oldu və etiraf etməsələr belə başa düşdülər ki, hər hansı biri gələcəkdə Ukrayna kimi eyni vəziyyətdə qalsa Ermənistan haqqın tərəfində olmayacaq. Dərk etdilər ki, Ermənistan üçün suverenliyin qorunub saxlanılması, işğaldan müdafiə olunmaq, ədalətli, haqlı mövqe, beynəlxalq hüquq kimi ali dəyərlər mövcud deyil, əksinə, işğalçı ilə bərabər olmaq, işğalçının yanında olmaq, işğalçı olmaq onların ən böyük amallarıdır. Bir sözlə, bütün dünya ermənilərin kimliyini, Ermənistanın necə bir dövlət olduğunu bir daha gördü.
Uzun illər Azərbaycan həqiqətin, tarixi ədalətin danışıqlar yolu, sülh yolu ilə bərpası üçün çalışdı və Ermənistan tərəfinin etinasızlığı, hətta saymazlığı səbəbindən, Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörənliyi, qətiyyəti, liderliyi ilə, xalqımızın birliyi və həmrəyliyi ilə, eləcə də ordumuzun şücaəti ilə sonda hərbi güclə buna nail oldu. Ermənistanın uydurduğu miflərin hamısı darmadağın edildi və tarixi ədalət bərpa olundu, işğal altında qalan torpaqlarımız işğaldan azad edildi, geri qaytarıldı. Bu haqlı mübarizədə dünyanın bir çox ölkələri Azərbaycanın tərəfində olsalar da, bəzi ermənipərəst ölkələr, beynəlxalq qurumlar ədaləti danmağa, Ermənistanın mövqeyini müdafiə etməyə çalışdı, lakin onların bu niyyətləri də nəticə vermədi. Məsələ burasındadır ki, müharibə tarixi ədalətin bərpası ilə başa çatdıqdan, reallıqlar ortaya çıxdıqdan bir müddət sonra, daha doğrusu, son hadisələr zamanı da erməni simasızlığı, haqsızlığı, yalanı, riyakarlığı, işğalçılıq meyilləri, ümumilikdə kimliyi ortaya çıxdı. Ortaya çıxdı ki, erməni toplumu haqlı olmayıb və bu gün də haqqın tərəfində olmaq istəmir. Bax əsl reallıq, mövcud reallıq, danılmaq fakt budur. Bu reallığı, bu faktı isə görməmək mümkün deyil.
Əslində, ermənilər özləri də dərk etməlidirlər ki, mümkün olan hər şeyi artıq itiriblər. Demokratik ölkə kimi imic yaratmaq arzuları da puç olub ermənilərin, üstəlik yalanları da üzə çıxıb, hətta simasızlıqları belə ortadadır. Ermənistan cəmiyyəti faciə ilə üzləşdiyinin fərqində olmalıdır. Fərqində olmalıdır ki, Ermənistan bir ölkə olaraq olan-qalanını da itirib və bundan sonra riyakarlıqları da, yalanları da işləməyəcək. Artıq bütün dünya Ermənistanı Cənubi Qafqazda bir riyakar dövlət kimi tanıyır, tanımayanlar da tanımalıdırlar, çünki mövcud reallıqlar və faktlar bunu tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB