Rus hərbi birləşmələri Çernobıl AES-i ələ keçirib - SON DƏQİQƏ - SƏDR MƏLUMAT VERDİ-FOTOLAR
"Bu gün Ukrayna azərbaycanlılarının Radasının idarə heyətinin üzvü Qurban Abbasovun Kiyevdəki evi rus təyyarəsindən atılan bomba nəticəsində yarasız hala düşüb. Ölən və yaralanan olmayıb. Rus hərbi birləşmələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirib. Orada çalışan işçiləri nəzarətə alıblar. Halbuki Çernobıl AES-in ələ keçirilməsi nəinki Ukrayna hətta Avropa ölkələri üçün radiasiya təhlükəsi yaradan hadisəyə çevrilə bilər". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Ukraynanın Lvov vilayəti üzrə diasporanın sədri Teymur Məmmədov deyib.
Onun sözlərinə görə, Lvov şəhərində diversantlar gecə hücuma keçmək üçün müəyyən yerlərə xüsusi işarələr qoyurlar: "Həmin işarələr vasitəsilə təyyarələr həmin yerləri bombalayır. Şəhər sakinləri həmin işarələri silməyə və yaxud da onların üzərini rəngləyirlər. Lvov hava limanı o hava limanlarından biridir ki, burada Ukraynadan və qonşu ərazilərdən bu hava limanı vasitəsilə Avropa ölkələrinə uçuş olur. Həmin hava limanını 4 rus diversantı ələ keçirib. Onlar Ukrayna hərbi formasında olublar. Rovna şəhərində isə hərbi baza səhər saatlarında rus təyyarələri tərəfindən bombalanıb. Lvov şəhərindən 70-80 km uzaqlıqda olan 3 hərbi baza rus hərbiçilərinin hücumuna məruz qalıb. İvano-Frankovsk şəhərindəki hava limanı bombalanıb. Kiyev vilayətində olan Qostemel hərbi hava limanında rus vertolyotu vurulub və rus hərbiçiləri saxlanılıb. Onlar əvvəlcə özlərini ukraynalı kimi təqdim ediblər. Daha sonra üzərilərindəki hərbi kağız məlum olub ki, Moskva patriarxının Prasavlav kilsəsinin keşişidir.
Bu gün səhər saatlarında Lvov yaxınlığında rus diversantları tutulub. Ehtimal edilir ki, onlar həmin ərazidə yerlərə işarə qoyurdular ki, gecə rus qırıcıları həmin yerləri bombalasınlar”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB