Ukraynada son vəziyyət necədir? - CƏMİYYƏT SƏDRLƏRİ AÇIQLADI - SORĞU
Son dövrlər Rusiya ilə Ukraniya arasında münasibətlər kəskin şəkildə gərginləşmişdir. Bunun nəticəsi olaraq son 2 gündür Rusiya və Ukrayna arasında müharibə başlayıb. Rusiya hərbi qüvvələri Ukraynanın bir çox ərazilərinə atəş açıb. Bu müharibə bütün dünyanı öz təsir altına salıb. Ukraniyanın bir sıra şəhərlərində Azərbaycanlılar yaşayır. Onlar hansı problemlərlə rastlaşır? Baş verən hadisələr zəminində həmvətənlilərimiz arasında dünyasını dəyişən varmı? Azərbaycanlılar ilə orada maraqlanan qurumlar fəaliyyət göstərirmi? Bütün bu sualların cavabını tapmaq məqsədilə SİA Ukraynada yerləşən diaspora nümayəndələri arasında sorğu keçirtdi.

Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyev: “Ukraynada vəziyyət gərgindir. Şəhərin mərkəzində zireli tanklar və çoxlu sayda əsgər var. Biz qərargah yaratmışıq və eyni zamanda whatsapp qrupumuzda fəaliyyət göstərir. Bununla əlaqədar olaraq qaynar xətt yaratmışıq ki, kiminsə çətinliyi olarsa biz həmən onlara yardım edək. Lakin hələ ki, heç bir Azərbaycanlı müraciət etməyib. Ola bilər ki, bundan sonra müraciət olunsun. Odessda da, səhər saatlarında gurultu səsləri eşidildi. Məlum oldu ki, bir və iki ayrı yerlərə zərbə vurulub. Hazırda şəhərdə hərbi vəziyyət höküm sürür. Yalnız apteklər və mağazalar fəaliyyət göstərir. Odessda böyük şəhərdir və çox insan öz ailəsini götürüb Moldoviyaya və Ruminyaya gedirlər. Bu da həmin sərhədlərdə tıxaclara səbəb olur. Qeyd etmək istərdim ki, Azərbaycanlılarda şəhəri tərk etmək istəsə öz maşınları ilə çıxa bilərlər. Hərbi vəziyyət elan olunsa da, kim istəsə şəhər tərk edə bilər. Yalnız 65 yaşına çatmış Ukraynalı vətəndaşları sərhədə saxlaya bilərlər”.
Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun Dnepr vilayəti üzrə regional bölməsinin rəhbər EldarTağıyev: “Kiyevdəki mərkəzimiz intensiv olaraq çalışır. Çətin vəziyyətdə olan soydaşlarımızla əlaqə saxlamışıq. Mağazalarda, bankomatların və yanacaq doldurma mərkəzlərinin qarşında problemlər yaranır. Hələ ki, ekstrimal bir vəziyyət yoxdur. Cəbhə də yaşayan 2 Azərbaycanlı qadın var. Onlar bizə müraciət edərək, bildiriblər ki, vəziyyət gərginləşdiyi zaman onları həmin ərazidən çıxmağa yardım edək. Biz də, əgər belə bir hal yaranarsa onlara kömək edəciyik. Təxliyə məsələsinə gəldik də, isə bizim buranı tərk etməyimiz bizə yaraşmaz. Biz Ukrayna dövlətinin yanındayıq. Azərbaycan vətəndaşları arasında zərər çəkənlər barədə məlumat yoxdur. Biz elə bir xalqıq ki, dar gündə olanda hamımız bir-birimizə dayaq oluruq. Azərbaycanlı dostlarımızda zəng edib bizə dəstək olurlar”.
Xarkovda fəaliyyət göstərən Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov: “Biz bütün hamıyla əlaqələrimiz yaratmışıq. Demək olar ki, kim şəhəri tərk etmək istəyibsə, artıq çıxıb gedib. Hazırda isə şəhəri tərk etmək mümkün deyil. Çünki artıq hərbi vəziyyət elan olunub. Bütün aeroport ruslar tərəfindən vurulub, bu səbəbdən də, hava yolları ilə şəhəri tərk etmək mümkünsüzləşib. Yanacaq doldurma məntəqələrində kilometrlərlə sıralar, yollarda isə tıxaclar höküm sürür. Həmvətənlilərimizin çoxu demək olar ki, şəhərdədilər. Hələ ki, Azərbaycanlılardan itki yoxdur. Xarkovda vəziyyət çox çətindir. Azərbaycanlıların çoxu Ukraynanın Xarkov şəhərində yaşayır. Metrolar pulsuz fəaliyyət göstərir. Prezident və şəhərin meridə məsləhət görür ki, hamı evində qalsın. Mağazalarda isə çörək çatışmamazlığı var. Döyüşlər mərkəzdə yox, şəhər kənarında gedir”.

Ukraynanın Lvov vilayəti üzrə diasporanın sədri Teymur Məmmədov: “Bu gün saat 4-5 radələrində əldə etdiyim məlumata görə, Kiyevdə yerləşən strateji aeroport bombalanıb. Daha sonra isə Luqansk, Sumı, Xarkov, Çerniqov və Jitomir vilayətləri daxilində artilleriya, ağır texnika və atıcı silahlardan istifadə edilməklə sərhəd bölmələri, sərhəd patrulları və keçid məntəqələrinə hücumlar həyata keçirilib. Biz dərhal Azərbaycanın Ukraynadakı səfirliyi ilə əlaqə saxladıq və bizə bildirildi ki, Ukraynadakı azərbaycanlıların siyahısını hazırlayın və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayın.Hazırda şəhərdə böyük bir panika var. Ərzaq mağazalarında və apteklərdə insanlar sıraya düzülüblər. Kütləvi şəkildə əhali Lvovu tərk edir. Çünki ən çox hücumlar bura gözlənilir. Lvov şəhəri həm Avropaya yaxındır, həm də Ukraynanın mədəniyyət paytaxtıdır. Biz diaspor üzvlərini Lvovdan qırağa çıxartmağa çalışırıq. Əgər şəhərə hücum olarsa, biz şəhəri müdafiə etməyə hazırıq. Çünki Ukrayna xalqı həmişə bizə yaxın, dost xalq olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB