Müttəfiqlik bəyannaməsinin imzalanması tarixi bir hadisədir - DEPUTAT ŞƏRH ETDİ
“Ölkəmizin siyasi həyatının daha bir tarixi gününün şahidi olduq. 22 fevral 2022-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iki dost, qardaş ölkə, münasibətlərini ən yüksək səviyyədə, əks etdirən müttəfiqlik bəyannaməsini imzalandı”. Bu sözləri SİA-ya deputat İlham Məmmədov deyib.

Onun sözlərinə görə, diplomatik münasibətlərimizin mövcud olduğu 30 il ərzində bu münasibətləri qoruyaraq onu ən yüksək müttəfiqlik səviyyəsinə aparan yol heç də rahat olmayıb: “Moskva bəyannaməsi imzalandıqdan sonra mətbuata açıqlamasında cənab Prezident söylədi ki, bu bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır: “Bu həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir. Biz bu günə uzun müddət əməkdaşlıq potensialını artırmaqla, səmimiyyətə, mehriban qonşuluğa, praqmatizmə, qarşılıqlı maraqların nəzərə alınmasına əsaslanan münasibətlər qurmaqla gəlib çatmışıq””.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB