Birinci xanım Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir - MÖVQE
“Çox hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezidentlik dövründəki fəaliyyətini çox yüksək qiymətləndirirəm”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, bu barədə geniş danışmaq olar: "Çox hörmətli Mehriban xanımın bu dövrdə gördüyü işlər göz qabağındadır. Bütün xalq tərəfindən bu işlərin hər biri dəyərləndirilir. Respublika daxilində, beynəlxalq səviyyəli tədbirlərdə görülən işlər Mehriban xanımın fəaliyyətinin nə qədər dəyərli və gərəkli olduğunu bildirir. Ancaq Mehriban xanım Əliyeva birinci vitse-prezidentlik vəzifəsinə gətirilənə qədər də Azərbaycan Respublikasının ictimai-siyasi həyatında çox yaxından iştirak edib. Eyni zamanda Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfirləri kimi fəalliyyəti dövründə də gördüyü işlər çox dəyərli və lazımlıdır. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyeva dövlətimizin inkişafı, gələcəyi üçün çox dəyərli işlər görüb. Mən Hörmətli Mehriban xanımı təbrik edir və uğurlar arzu edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB