YAP Ağsu rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir FOTOLAR
Fevralın 18-də YAP Ağsu rayon Sağ Sahil, Qəşəd, Təklə, ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib. Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.
Şahin Kərimov Sağ Sahil ərazi partiya təşkilatının sədri, Nüybar Qəniyeva sədr müavini, Şahbaba Qənbərov Qəşəd ərazi partiya təşkilatının sədri, Tahir Beydullayev sədr müavini, Əmrulla Kərimov Təklə ərazi partiya təşkilatının sədri, Şöhrət Nəhmədov sədr müavini seçiliblər. Yığıncaqlarda çıxış edən YAP Ağsu rayon təşkilatının əməkdaşları yeni seçilmiş rəhbərliyi təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiya fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.
Rəfiqə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB