“Bildiyimiz kimi bir neçə gün bundan öncə Fransa prezidenti Emmanuel Makronun Rusiya prezidenti Vladimir Putinin dəvəti üzərində Moskvaya səfəri baş tutdu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, təbii ki, səfər çərçivəsində bir çox önəmli məsələlər və regionda cərəyan edən hadisələr, Rusiya-Ukrayna münasibətləri, eyni zamanda qərb dövlətləri arasında mövcud olan və hələ də səngiməmiş kriz, Rusiyanın Ukraynanın sərhəd bölgələrinə külli miqdarda silah-sursat, eyni zamanda canlı qüvvələrin yığılması kimi məsələlər, Rusiya və NATO arasındakı mövcud gərginlik şübhəsiz ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər və bir çox məsələlər müzakirə predmeti kimi masaya qoyuldu: “Əlbəttə ki, mətbuatda, ictimaiyyətdə Makron ilə Putinin görüşü keçirilən masanın uzunluğu da yadda qalmasına baxmayaraq şübhəsiz ki, həmin masada aparılan müzakirələr daha mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin vermiş olduğu qənaət bundan ibarətdir ki, görüş hər hansı bir xüsusi nəticə ilə yekunlaşmayıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB