Bu, Azərbaycanın yaratdığı geosiyasi reallıqların göstəricilərindəndir - POLİTOLOQ ŞƏRH ETDİ
Dünənki videoformatda olan görüş, eyni zamanda Avropa Birliyinin Azərbaycana yaxın illər ərzində 2 milyard avroluq maliyyə paketinin təqdim edilməsi məhz Azərbaycanın gündəliyinin həyata keçirilməsinin bir göstəricisidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq vurqulayıb ki, qeyd olunan məqamları da nəzərə almalıyıq, çünki Azərbaycan Prezidenti də bunu dəfələrlə bildirib ki, hərhansısa bir danışığın keçirilməsi üçün tərəflər onu qəbul edib, iştirak etməlidir.
“Azərbaycanın şərtləri məhz bundan ibarətdir ki, münaqişə bitdiyi üçün münaqişə haqqında hərhansısa bir kəlmə belə istifadə edilməməli, Minsk Qrupu həmsədrlərinin gündəliyi tam dəqiq şəkildə müəyyən olunmadığı halda onlara da istinad edilməməlidir. Onu da nəzərə almalıyıq ki, məhz Brüsseldə Azərbaycan Prezidenti Minsk Qrupu üçün bir gündəlik də formalaşdırdı. Bu da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasında kömək və onun imzalanmasında iştirak etməkdir. Yəni, bütün bu şərtləri qəbul edəndən sonra məhz belə görüşlər və belə fəaliyyətlər mümkündür. Bu da Azərbaycanın yaratdığı geosiyasi reallıqların əsas göstəricilərindən biridir”, deyə politoloq Fərhad Məmmədli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB