Ermənistan xalqı indiyə kimi "Böyük Ermənistan" ideologiyası ilə zəhərlənmişdi - SƏDR MÜAVİNİ MÖVQE BİLDİRDİ

"Biz 44 günlük müharibədən sonra Ermənistanda ideoloji, siyasi və iqtisadi böhranların şahidi olmaqdayıq. Çünki Ermənistan xalqı indiyə kimi "Böyük Ermənistan" ideologiyası ilə zəhərlənmişdi. İndi isə bu ideologiya artıq iflasa uğrayıb". Bu sözləri SİA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

Mütəllim Rəhimli bu haqda fikirlərini belə izah edib: "Ermənistan hakimiyyəti bunun əvəzində xalqa tamamilə fərqli, yeni şeylər təqdim edə bilmir. Ona görə də ideoloji boşluqlar Ermənistanda daxilii çaxnaşmalara səbəb olur. Eyni zamanda siyasi hakimiyyətlə bağlı böhranlı vəziyyət mövcuddur. Bu onunla bağlıdır ki, hakimiyyət yerliçilik üzərində təmin olunur. "Qarabağ klanı" artıq hakimiyyətdən uzaqlaşdırılıb. Bu qüvvələr revanşist qüvvələrdir. Paşinyanın ətrafında olan qüvvələr isə artıq Ermənistana fərqli prizmadan baxırlar. Bunlar daha çox korrupsiya və rüşvətin əleyhinədir. Bu iki siyasi qüvvə arasındakı qarşıdurma Ermənistanda böhranlara gətirib çıxarır. Hətta, növbədənkənar parlament seçkiləri keçirilməsi də bunlara nöqtə qoya bilmədi. Çünki bir tərəfdən də iqtisadi problemlər tüğyan etməkdədir. Bu da zaman-zaman əhalinin aksiyalarına səbəb olur".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...