Azərbaycan daha bir ermənini təhvil verdi

Ermənistan vətəndaşı, 68 yaşlı Andranik Aleksanyan Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Ermənistan tərəfinə qaytarılıb.

SİA xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Qeyd edək ki, bir gün əvvəl, yanvarın 14-də A.Aleksanyan azaraq Azərbaycan ərazisinə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə