"Ermənistanın ikili oyun oynamasının səbəbi..." - POLİTOLOQ ŞƏRH ETDİ

"Ermənistanın ikili oyun oynamasının səbəbi..." - POLİTOLOQ ŞƏRH ETDİ

“Hazırda gündəmdə Qazaxıstan olduğuna görə, bu məsələləri aktuallaşdırmaq və ya müzakirə etmək çox çətindir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Lakin bizim ordumuz onları atəşkəs rejimini pozması üçün layiqincə cəzalandırıb. Yəqin ki, bu yaxınlarda Ermənistanla münasibətlərimizi qaydaya sala biləcək bir neçə məsələlərin müzakirəsi başlanmalıdır. Həmin o məsələlərin içərisində atəşkəs rejiminə ciddi əməl edilməsi də olacaq. Ona görə də hələ ki, müəyyən revanşist hərəkətlərin qarşısını yalnız atəşə atəşlə cavab verməklə ala bilərik. Ermənistanın ikili oyun oynamasının səbəbi isə burada Ermənistan Müdafiə Nazirliyi sisteminin Paşinyan tərəfindən tam nəzarət edilməməsi ilə bağlıdır. Çünki, hələ də Müdafiə Nazirliyi sistemində "Qarabağ klanı"nın, "Daşnaksütyun" partiyasının nümayəndələri qalmaqdadır və böyük ehtimalla atəşkəs rejimini pozan qüvvələr həmin qruplaşmaların təsiri altında olan qruplaşmalardır. Buna görə də bir müddət bu rejimə dözmək lazımdır”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə