Azərbaycanın Vətən müharibəsi qaziləri Türkiyədə böyük ehtiram və izzətlə qarşılanır

Azərbaycanın Vətən müharibəsi qaziləri Türkiyədə böyük ehtiram və izzətlə qarşılanır

“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanıb. Bu qələbə ilə qurur duyuruq və olduqca məğruruq. Türkiyədə hər yerdə bizi təbrik edir, böyük Zəfərdən danışırlar”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Vətən müharibəsi qazilərimizin qardaş Türkiyədə böyük ehtiram və izzətlə qarsalandığını diqqətə çatdıran E.Həsənli bildirib ki, Azərbaycan və Türkiyə qaziləri Mersin və Adanada dövlət bayraqlarımıza sarılaraq birlik mesajı veriblər.

Qeyd edək ki, Vətən müharibəsi qazilərindən ibarət qrupun qardaş ölkəyə səfəri Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə